Metodologiya və nəzarət üzrə mütəxəssis
 
JOB TITLE: Metodologiya və nəzarət üzrə mütəxəssis
EMPLOYER: Veysəloğlu Şirkətlər Qrupu DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-03-17 LAST UPDATED: 2021-03-18 DEADLINE: 2021-04-16

Veysəloğlu Şirkətlər QrupuMetodologiya və nəzarət üzrə mütəxəssis” vakansiyasını elan edir.

Namizədə tələblər:

- Azərbaycan Respublikası «Mühasibat uçotu haqqında» Qanunu, Azərbaycan Respublikası “Daxili audit haqqında” Qanunu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və digər direktiv orqanların qərar və sərəncamlarını və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının Q-17 nömrəli 16 iyul 2013-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Aktivlərin və öhdəliklərin inventarizasiyası” qaydalarını bilməli
- İqtisadiyyat, mühasibatlıq, audit və ya maliyyə sahəsində ali təhsil
- Mühasibat uçotu, Maliyyə və Daxili Auditin əsasları haqqında biliklər
- Daxili nəzarət və inventarizasiya prosedurları haqqında biliklər
- Maliyyə, mühasibatlıq, daxili audit, xarici audit və ya digər oxşar sahələrdə 3-5 il təcrübə
- Maliyyə və mühasibatlıq üzrə təftiş yoxlamalarını aparmaq təcrübəsi
- Güclü MS Office (Word və Excel), xüsusi ilə Excel proqramında təhlil və analitik işləmə bacarığı
- CIA, ACCA/CPA ixtisas dərəcələrinin mövcudluğu üstünlük hesab edilir
- Maliyyə təhlil etmə metodları əsasında hesabatların təhlil və analitik qaydada hazırlanması bacarıqları
- Azərbaycan dilini əla bilməli, ingilis dilində sərbəst danışıq və yazı qabiliyyəti arzu olunandır

Vəzifə funksiyaları:

- Qrupa daxil olan şirkətlər tərəfindən tətbiq edilən siyasət, qayda və prosedurların tətbiqinə nəzarət etmək.
- Xidməti təminat apardığı struktur bölmələrdə kağız və elektron məlumatları yoxlamaq, zərurət yarandıqda həmin məlumatların surətlərini əldə etmək.
- Xidməti təminat apardığı struktur bölmələrdə bütün maliyyə əməliyyat və proseslərini yoxlamaq, zərurət yarandıqda onlara dair müvafiq alt sənədləri tələb etmək Xidməti təminat apardığı struktur bölmələrdə müştəri və ya tədarükçülərlə aparılmış əməliyyatlar nəticəsində yaranmış debitor-kreditor borc qalıqlarına dair üzləşmə aktlarını yoxlamaq.
- Xidməti təminat apardığı struktur bölmələrdə açıq və konfidensial şəkildə bazar araşdırmasını təşkil etmək, mal və materialların alqı-satqı və dövriyyəsinə dair tədarükçülər ilə bağlanmış müqavilələrin Qrupun strategiya, prinsip və mənafeyinə uyğunluğunu yoxlamaq.

Maraqlanan namizədlər mövzu hissəsində “Metodologiya və nəzarət üzrə mütəxəssis” qeyd etməklə öz CV - lərini career@veyseloglu.az ünvanına göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP