Linux sistem və şəbəkə administrasiyası
 
JOB TITLE: Linux sistem və şəbəkə administrasiyası
EMPLOYER: STEP IT Academy Azerbaijan DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-03-17 LAST UPDATED: N/A DEADLINE: 2021-04-16

"Linux sistem və şəbəkə administrasiyası" fənn üzrə dərs deyə biləcək mütəxəssis axtarırıq.

Haqqımızda:

STEP Beynəlxalq Kompüter akademiyası artıq 21 ildir ki, fəaliyyət göstərir. Akademiyanın dünyanın 20 ölkəsində 95 filialı var.
Akademiyamız kompüter təhsili sahəsində ixtisaslaşıb. Missiyamız tələbələrimizi yeni texnologiyalarla tanış edərək dünyanı yaxşılığa doğru dəyişməkdir.

Fəxr etdiyimiz nailiyyətlər:

- STEP akademiya Cisco təlimçiləri yetişdirmək üçün Avropanın ən yaxşı Cisco təlim mərkəzi statusunu alıb
- STEP akademiya MDB-nin ən yaxşı Maya təlim mərkəzi seçilib
- Akademiyanın tələbələri İT üzrə nüfuzlu dünya çempionatlarında mükafatlar qazanırlar

İş şəraiti:

- Hazır dərs vəsaitləri təqdim olunur
- Təlim prosesində və tələbələrlə ünsiyyətdə müəllimlərə dəstək verilir
- İş qrafiki- b.e.-c.a., 19:00-21:50
- Rəqabətli ə/h (texniki müsahibə nəticəsinə görə təyin olunur)
- Təlimlər və motivasiya
- Fəal kollektivdə iş

Namizədə dair gözləntilərimiz:

- Məsuliyyətli və tədrisə marağı olan biri
- Son 5-8 ildə Linux distributivləri ilə real iş təcrübəsi

Sertifikasiya:

- Ubuntu Certified Professional
- Linux Professional Institute LPIC-2 səviyyəsi
- Red Hat Certified System Administrator
- Novell Certified Linux Administrator.

CV-nizi hr.baku@itstep.org ünvanında gözləyirik.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP