İnteryer dizayner (elektronika mağazaları üçün)
 
JOB TITLE: İnteryer dizayner (elektronika mağazaları üçün)
EMPLOYER: Optimal Electronics LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-03-17 LAST UPDATED: N/A DEADLINE: 2021-04-16

"Optimal Elektronika" MMC 1997-ci ildə yaradılmışdır. Azərbaycanda BOSCH, Vestel, Samsung, Simfer, Carrier, Singer, LG, SONY, Aldora Mebel, Konfor Mebel və dünyaca tanınmış digər brendlərin rəsmi distribüteri və satış təmsilçisidir. Keyfiyyətli və geniş çeşidli məhsulların satışını həyata keçirən Optimal Şirkəti müştəriləri üçün audio-video və rəqəmsal texnika, iri və xırda məişət avadanlıqları, mobil telefon, keyfiyyətli və zövqlü mebellər təqdim edir. Təklif etdiyi məhsulların yüksək keyfiyyətinə və müştəriyönümlü satış strategiyasına və satış sonrası göstərdiyi servis xidmətinə görə "Optimal Elektronika" MMC Azərbaycan bazarında aparıcı mövqelərdən birini tutmuşdur. Azərbaycanda ilk dəfə olaraq “Mobil servis” layihəsini həyata keçirməklə bir ilkə imza ataraq müştəri məmnuniyyətinə önəm verdiyini bir daha sübut etmişdir.

"Optimal Elektronika" MMC davamlı olaraq inkişafı üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların karyera inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin qaldırılması yönümdə fəal iş aparır.

Niyə məhz Optimal?

- Hər bir işçiyə gələcəyin meneceri kimi yanaşırıq!
- Pozitivlik bizim ən böyük uğurumuzdur!
- Kreativ ideyaları yaradırıq!
- İstedadlı gənclərə yol açırıq!

İnteryer dizayner (elektronika mağazaları üçün)

Əsas vəzifələr:

• Mağazalar üçün dizayn layihələrinin hazırlanması;
• İnteryer üzrə stilistik həllin hazırlanması;
• 3D vizualizasiyanın inkişafı üçün texniki göstəricilərin hazırlanması;
• Verilmiş təlimatlar və informasiya əsasında dizayn işlərini zamanında və yüksək keyfiyyətlə həyata keçirilməsi.

Tələblər:

• İnteryer dizayn sferasında 1 ildən az olmayan iş təcrübəsi;
• AutoCAD, 3D MAX, Corona Render, Adobe Photoshop proqramlarında peşəkar işləmə bacarığı;
• Məsuliyyətli, kreativ, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı;
• Portfolio mütləqdir.

Biz Sizə təklif edirik:

• 5 günlük iş rejimi;
• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
• Karyera inkişafı;
• Mehriban və yaradıcı kollektivdə iş.

P.S. : Portfoliosu olmayan namizədlərin CV-ləri qəbul olunmayacaq.

Müraciət namizədlər aşağıdakı linkə daxil ola bilərlər:

https://jobs.talhunt.az/optimal/473-%c4%b0nteryer+dizayner+(ma%c4%9faza)/apply

30.04.2021

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP