Vergi Mütəxəssisi
 
JOB TITLE: Vergi Mütəxəssisi
EMPLOYER: Gabala Haspitality Group DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-03-17 LAST UPDATED: 2021-03-17 DEADLINE: 2021-04-16

Gabala Hospitality Group - Vergi Mütəxəssisi

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

- Mühasibat əməliyyatlarında vergi monitorinqi aparılmaq və əməliyyatların qanunvericiliyin tələblərinə uyğun sənədləşdirilməsini yoxlamaq;
- Vergi, sosial sığorta, statistika və digər hesabatların və bəyannamələrin hazırlanması üçün gərəkli məlumatları toplamaq və emal etmək;
- Hazırlanmış hesabatları nəzərdən keçirməsi üçün birbaşa rəhbərinə təqdim etmək və təsdiq olunmuş hesabatları vaxtında müvafiq dövlət orqanlarına göndərmək;
- Vergi və digər məcburi ödənişlərin düzgün hesablanmasına və vaxtında büdcəyə köçürülməsinə nəzarət etmək;
- Hesablanmış vergi və digər öhdəlikləri uçot məlumatları ilə qarşılaşdırmaq;
- Vergi və digər dövlət orqanlarından daxil olan sorğuların, kameral uyğunsuzluq məktublarını və digər məktubları nəzarətdə saxlamaq, araşdırmaq və müvafiq olaraq cavablamaq;

TƏLƏB OLUNAN BİLİK, BACARIQ VƏ TƏCRÜBƏ:

- İqtisadiyyat, Maliyyə, Mühasibat uçotu və digər oxşar sahədə ali təhsil;
- Vergi qanunvericiliyinin tətbiqi və hesabatların tərtibatı minimum 1 il iş təcrübəsi;
- Vergi Məcəlləsi, Əmək Məcəlləsi, Sosial Sığorta Haqqında Qanun və digər əlaqəli normativ-hüquqi aktların mühasiblər üçün gərəkli olan müddəaları və maddələri haqqında informasiyalara, biliklərə və axtarış vərdişlərinə malik olmaq;
- Diqqətli və məsuliyyətli olmaq;
- İnternet Vergi İdarəsi ilə sərbəst işləmək bacarığına malik olmaq;
- Riyazi hesablama aparma və analitik təhlil etmə qabiliyyəti;
- MS Excel proqramında yüksək səviyyədə işləmə bacarığı;
- Azərbaycan dilini mükəmməl bilmək (ingilis və rus dili bilikləri əlavə üstünlükdür);
- Beynəlxalq sertifikatların olması üstünlükdür;

Qeyd: İş yeri Qəbələ şəhərində yerləşir.

Maraqlanan namizədlərdən öz CV-ni Word və ya pdf formatında mövzu hissəsində İşin adı göstərilməklə cv@ghg.az elektron poçtuna göndərmələri xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP