Korporativ Satış Meneceri
 
JOB TITLE: Korporativ Satış Meneceri
EMPLOYER: SAT Group DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-03-17 LAST UPDATED: 2021-03-18 DEADLINE: 2021-04-16

Korporativ Satış Meneceri ( İri şirkətlər)

Şirkət haqqında: SAT Group MMC (Təlim və konsaltinq şirkəti)

SAT Group şirkəti 2014 – ci ildə təsis olunub. SAT Group şirkətinin fəaliyyat istiqaməti ümumi biznes konsaltinq xidmətləri, satış, marketinq və idarəetmə yönümlü təlimlərdir. SAT Group inşaat, qida, xidmət, reklam, turizm, tibb və başqa sektorlarda çalışan bir çox şirkətlərə konsaltinq xidməti göstərmiş, biznesin inkişaf etdirilməsinə yardımçı olmuşdur.

Caspian Plaza, 1-ci korpus, 3-cü mərtəbə
İş saatları: 09:00-18:00

Vəzifə öhdəlikləri:

- Korporativ satış planının hazırlanması və planın əsasında işin aparılması
- Korporativ müştərilərlə görüşlərin təşkil olunması və keçirilməsi
- Şirkətin bazasında olan iri korporativ müştəriləri düzgün analiz edib, Hər müştəriyə təklif oluna biləcək məhsul qruplarını müəyyən edilməsi
- Potensial müştərilərlə görüşlər alınması, görüş zamanı müştərinin ehtiyaclarını dəqiq araşdırılması və qeydiyyata alınması
- Təkliflərin hazırlamağı və təqdim etməyi təşkil edilməsi
- Yeni müştərilərin qazanılması, şirkətin müştəri portfelinin artırılması
- Korporativ yazışmaların effektiv aparılması
- Müştərilərlə düzgün münasibətlərin qurulması və davam etdirilməsi
- CRM proqramına müştəri məlumatlarının doğru və səliqəli daxil edilməsi və mövcud məlumatlardan davamlı istifadə etmək
- Yeni məhsullar və şirkətdəki yeniliklər barədə müştəriləri davamlı məlumatlandırmaq

Tələb olunan təcrübə və biliklər:

- Korporativ satış üzrə (İri şirkətlərlərlə) minimum 2 il iş təcrübəsinin olması
- Azərbaycan dilində səlis və aydın fikrini ifadə etmək bacarığı
- Rus dilində səlis və aydın fikrini ifadə etmək bacarığı
- İngilis dili bilməsi arzuolunandır
- Ali təhsil ( İqtisadiyyat, Marketinq, Menecment üstünlük verilir)
- MS Office (Word, Excel) yüksək səviyyədə bilmək

Tələb olunan səriştələr:

- Korporativ iş mühitini yaxşı anlamaq və danışıq aparmağı bacarmaq
- Korporativ yazışma qaydalarını bilmək
- Daxili kommunikasiya qaydalarını (geri dönüş etmə və s.) bilmək
- Yüksək ünsiyyət və təqdimat bacarığı
- Dinamiklik, analitik düşünmə və problem həll etmə qabiliyyətləri
- Təşəbbüskarlıq və nəticəyə yönəlik işləmə bacarığı
- Yeniliklərə açıq olmaq və kreativlik

Əmək haqqı: 700-1200

E-mail: gunel.f.muradzade@gmail.com

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP