Product Manager
 
JOB TITLE: Product Manager
EMPLOYER: Superfon DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-03-17 LAST UPDATED: N/A DEADLINE: 2021-04-16

Haqqımızda:

2008-ci ildə yaradılmış SUPERFON şirkətinin əsas fəaliyyət istiqaməti Mobil Telefon, Aksesuar və Ehtiyyat hissələrinin Azərbaycanın bütün şəhər və regionlarında topdan və pərakəndə satışının həyata keçirilməsindən ibarətdir. Əgər siz də, öz sektorunun lideri olan bir şirkətdə karyeranızı qurmaq və ya davam etdirmək istəyirsinizsə, sizləri peşakar komandamıza qoşulmağa dəvət edirik.

Vəzifə: Product Manager

Öhdəliklər:

- Şirkətin məhsullarına (telefon aksesuarları, arxalıq(case)) müvafiq strategiyaların hazırlanmasını,icra və nəzarət etməlidir;
- Müvafiq formada rəqibləri araşdırmalıdır və bazar analizini aparmalıdır;
- Məhsul prezentasiyalarını hazırlamalıdır və təqdimatını təşkil etməlidir;
- Məhsul portfelini optimallaşdırmalıdır və stoku düzgün idarə etməlidir; Mütəmadi olaraq marketinq kompaniyaları, yeni dizayn və təkliflər həyata keçirməlidir;
- Satışların izlənilməsi və satışın artırılması ilə bağlı müvafiq yeni təkliflər verməlidir,dəqiq hesabatlılıq aparmalıdır.

Tələblər:

- Product meneceri vəzifəsində minimum 2 il iş təcrübəsi;
- Bazar və işgüzar göstəriciləri təhlil etmək, çoxlu sayda analitik məlumatlarla işləmək bacarığı və məlumatlara əsaslanan təşviqat strategiyası hazırlamaq bacarığı;
- Yeni məhsul xüsusiyyətlərinin effektivliyini, potensial dəyərini qiymətləndirmək bacarığı;
- Layihə idarəetmə, Təqdimat bacarığının olması;
- Dinamiklik, liderlik qabiliyyəti, analitik düşünmə və problem həll etmə qabiliyyəti;
- Ali təhsil (marketinq, satış və kommersiya üstünlükdür);
- Azərbaycan dilini mükəmməl, İngilis dilini orta səviyyədə, Microsoft Office proqramları bilməlidir.

Təminatlar:

- Nahar ilə təmin edilmə;
- Korporativ mobil nömrə;
- İş qrafiki: həftədə 5 gün 09:00-18:00, şənbə günu 09:00-13:00;
- Əmək haqqı: 1000azn-1500azn.

Müraciət qaydaları:

CV-nizi hr@superfon.az elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını “ Product Manager” yazıb göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar.

Son müraciət tarixi 17.04.2021

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP