Mikro kreditlər bölməsinin kiçik mütəxəssisi/mütəxəssisi
 
JOB TITLE: Mikro kreditlər bölməsinin kiçik mütəxəssisi/mütəxəssisi
EMPLOYER: Kapital Bank DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-03-18 LAST UPDATED: N/A DEADLINE: 2021-04-17

Kapital Bank namizədləri Bərdə, Şirvan, Masallı, Cəlilabad, İmişli, Gəncə, Goranboy, Ağcabədi, Zaqatala, Göyçay, Salyan, Tovuz və Sabiarabad fillialarında Mikro kreditlər bölməsinin kiçik mütəxəssisi/mütəxəssisi vakansiyasına müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir:

Öhdəliklər :

• Mövcud müştəri bazasına uyğun məhsulların satışını həyata keçirmək
• Potensial müştərilərin fəaliyyət sahələrinə vizit edib, onlara bank məhsulları barədə məlumat vermək
• Fəaliyyətinə uyğun Bank məhsulları əldə etmək istəyən potensial müştərilərin təhlilini aparmaq
• Müştərilərin ehtiyaclarını müəyyən edərək onlarla uzunmüddətli iş prespektivində maliyyə məsləhətləri vermək;
• Əldə edilmiş maliyyə hesabatlarının nəticələrinə uyğun olaraq müraciətin müvafiq şəxslər tərəfindən təsdiqlənməsi üçün təqdimatlar hazırlamaq
• Bank tərəfindən müəyyən edilmiş aylıq hədəfləri icra etmək
• İdarə etdiyi və təhkim edilmiş portfelin tələb edilən parametrlərə uyğunluğunu təmin etmək
• Görülmüş işlər üzrə hesabatlar vermək.

Tələblər :

• Ali təhsil (İqtisadi təhsili olanlara üstünlük verilir);
• Səlis Azərbaycan dili;
• Yüksək səviyyədə ünsiyyət qurmaq bacarığı;
• Yüksək səviyyədə satıcılıq xüsusiyyətləri;
• Tələb olunan sahə üzrə iş stajı təklif edilən vəzifəyə görə dəyişir (minimum 1 il)

Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP