
Xırdalan Filialı üçün Filial müdiri axtarılır.
Əmək haqqı 800-1200 AZN arası Əmək haqqının 2 misli qədər motivasiya
Əsas vəzifələr:
- Filiallarda kredit işçilərinin fəaliyyətinə, həmçinin onların nəzərdə tutulan və ya verilmiş kreditlərinə nəzarət edilməsi; - Yeni kredit və satış metodları təklifləri ilə bağlı təşəbbüskarlığın göstərilməsi; - Verilmiş kreditlərin izlənilməsi və vaxtında ödənişlərin təmin edilməsi; - Mövcud məlumat bazası əsasında gecikdirilmiş ödənişlər, borclar və borcların alınması müddətləri haqqında mütəmadi məlumat verilməsi; - Kredit portfelinin keyfiyyətinin qorunmasına nəzarət edilməsi; - Problemli kreditlərlə iş üzrə müxtəlif hesabatların hazırlanması və aidiyyatı üzrə təqdim edilməsi; - Filial üzrə aparılan kreditvermə prosesi zamanı hədəflərə nail olmaq üçün Baş Ofisdən lazımi və zamanında dəstək göstərilməsini təmin etmək;
Namizədə olan tələblər:
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi; - Ali təhsil - Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı; - Cins: kişi (arzuolunandır) - Fərdi və komanda tərkibində işləmə qabiliyyəti; - Müştəri bazasının olması
Göstərilən tələblərə cavab verən şəxslərin CV-lərini "Filialın adı- filial meneceri" başlığı ilə vakansiya@parabank.az elektron ünvanına göndərməkləri xahiş olunur.
Qeyd edək ki yalnız tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq. Bundan əlavə, göndərilən bütün CV-lər məxfi məlumat bazasına daxil edilir.
|