Hüquqşünas
 
JOB TITLE: Hüquqşünas
EMPLOYER: Azərpambıq ASK MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-03-18 LAST UPDATED: N/A DEADLINE: 2021-04-17

Müəssisə- "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC
Vəzifə- Hüquqşünas
Təhsili- Ali (hüquqşünas)
İş stajı- 3-5 il

Fəaliyyət sahəsi

1. Daşınmaz əmlakla bağlı hüquqi sənədləşmənin aparılması
2. Məhkəməyə sənədlərin hazırlanması
3. Məhkəmə, icra və probasiya qurumlarında təmsilçilik
4. Cəmiyyətdə tərtib olunan qərar, əmr, sərəncam, saziş və hüquqi xarakterli digər sənədlərin qüvvədə olan qanunvericiliyi tələblərinə uyğunluğunu əvvəlcədən yoxlamaq, hüquqi ekspertizanı həyata keçirmək və zəruri hallarda bu sənədlərin hazırlanmasında iştirak etmək;
5. Cəmiyyətin müxtəlif (xarici və yerli) təşkilatlarla və partnyorlarla bağladığı müqavilələrin hüquqi ekspertizasıını həyata keçirmək;
6. Qüvvədə olan qanun və normativ-hüquqi aktların icrası ilə əlaqədar Cəmiyyətin struktur bölmələrinə məsləhət və izahatlar vermək;
7. Cəmiyyətdaxili prosedurların (qayda, təlimat və əsasnamələrin) layihələrinin hüquqi ekspertizasını həyata keçirmək;
8. Cəmiyyətdə əmək münasibətlərinin hüquqi tənzimlənməsini təmin etmək;
9. Kadrların hüquqi biliklərinin artırılması və təkmilləşdirilməsi istiqamətində tədbirlər görmək, yeni qanunvericilik aktları və qanunvericiliyə edilmiş dəyişikliklər barədə Cəmiyyətin əməkdaşlarını məlumatlandırmaq;
10. Yeni qanunvericilik aktları və qanunvericiliyə edilmiş dəyişikliklərlərlə əlaqədar Cəmiyyətin və müvafiq struktur bölmələrinin fəaliyyətinin qısa müddətdə yeni tələblərə uyğunlaşdırıması ilə bağlı təkliflər vermək;
11. Müvafiq orqan və təşkilatlardan daxil olmuş normativ- hüquqi aktların layihələri üzrə təklif və rəylər hazırlamaq;
12. Cəmiyyətin adından zəruri hallarda aidiyyəti məhkəmələrə verilməsi üçün iddia ərizələri hazırlayır;
13. Aidiyyəti məhkəmələrdə, icra şöbələrində, dövlət və qeyri-dövlət idarələrində Cəmiyyəti etibarnamə əsasında təmsil edir;
14. Cəmiyyətə qarşı verilmiş iddia tələbləri üzrə etrazlar hazırlayır və həmin işlər üzrə məhkəmələrdə Cəmiyyəti etibarnamə əsasında təmsil edir
15. Cəmiyyətdə əmək intizamının möhkəmləndirilməsi üzrə keçirilən tədbirlərdə, Cəmiyyət işçiləri tərəfindən hüquq pozmalarının və digər üsullarla zərər vurma hallarının qarşısının alınmasında iştirak edir;
16. Rəhbərlik tərəfindən təyin edilmiş digər tapşırıqların icrasını yerinə yetirir."

Kompüter biliyi - "Microsoft Office (Word, Excel, Outlook, PowerPoint)
Dil biliyi - Azərbaycan və ingilis dili ( rus dili arzuolunandır)

İş üçün lazım olan digər xüsusiyyətlər: İşi ilə bağlı ezamiyyətlərdə ola bilmək

Əmək haqqı: 1000 (gross)

İş vaxtı: 5 günlük iş rejimi, 09:00-18:00

Uyğun namizədlərdən cv-lərini hr@azercotton.com mail ünvanına mövzu yerinə “Hüquqşünas” qeyd edərək göndərmələri xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP