Tibbi nümayəndə (tibbi avadanlıqlar və sərf materiallar)
 
JOB TITLE: Tibbi nümayəndə (tibbi avadanlıqlar və sərf materiallar)
EMPLOYER: Clinic Medical MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-03-18 LAST UPDATED: 2021-03-25 DEADLINE: 2021-04-17

CLINIC MEDICAL MMC Tibbi nümayəndə (tibbi avadanlıqlar və sərf materiallar) vakansiyası üçün namizəd axtarışındadır:

İş barədə məlumat:

- B2B kanalında yeni biznes imkanlarının inkişafında iştirak edilməsi;
- Bazar araşdırılmasının aparılması, məhsul və müştəri ilə bağlı satış məlumatlarının analizi;
- Potensial müştərilərin cəlb edilməsi, müştəri bazasının formalaşdırılması və müştərilərlə işgüzar əlaqələrin qurulması;
- Gündəlik tibbi müəssisələr və digər potensial müştərilərin ziyarət edilməsi, yeni müştərilərin cəlb edilməsi;
- Korporativ satış və müştəri bazasının idarə edilməsi və mövcud kooperativ müştərilərlə əlaqələrin möhkəmləndirilməsi;
- Müştərinin satış potensialının artırılması yönündə işlərin görülməsi, zəruri təbliğat və maarifləndirmə kampaniyalarını təşkil etmək üçün Satış meneceri ilə sıx əməkdaşlığın edilməsi;
- Tibbi avadanlıqların tanıtıdılması, təlabat yaradılması, satışının təşkili və izlənilməsi;
- Sifarişlərin alınması və satış prosesinin izlənilməsi;
- Əməliyyatların səmərəli formada həyata keçirilməsi, məhsulun mövcudluğu, saxlanılması, nəql edilməsi və satışdan sonrakı xidmət barədə anbar əməkdaşları ilə sıx əməkdaşlıq edilməsi;
- Şirkətin satış strategiyasına uyğun olaraq məlumat bazalarını təmin etmək, yeniləmək və gündəlik, həftəlik, aylıq və illk hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması.

Namizədə olan tələblər:

- Ali tibbi təhsil;
- Kompüter bilikləri (MS Office)
- Satış və təqdimat üzrə bacarıqlar;
- Müştəri əlaqələrinin idarəedilməsi və kollektivlə işləmə bacarığı;
- Bazar araşdırması və analiz etmə bacarığı;
- Dəqiq, nizam-intizamlı və məsuliyyətli olmaq;
- Müvafiq sahədə ən azı 3 illik iş təcrübəsinə malik olmaq;
- Şəxsi avtomobilin olması üstünlükdür.
- Yaş həddi: 25-38 arası;
- İş qrafiki: həftədə 5 gün 09:30-18:00, şənbə günu 10:00-14:00
- Nahar şirkət tərəfindən qarşılanır;
- Əmək haqqı: Sabit əmək haqqı + bonus

Qeyd: Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiya adı qeyd olunmaqla hr@clinicmedical.az elektron ünvanına göndərmələri xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP