
CLINIC MEDICAL MMC Tibbi avadanlıqlar üzrə xidmət mühəndisi vakansiyası üçün namizəd axtarışındadır:
İş barədə məlumat:
- Tibbi avadanlıqlara texniki baxış keçirmək, diaqnostika etmək və profilaktik təmir işlərini həyata keçirmək; - Tibbi avadanlıqların texniki cəhətdən davamlı istifadəyə yararlı vəziyyətdə saxlanmasını təmin etmək; - Tibbi avadanlıqlarda yaranan nasazlıqların səbəblərini müəyyənləşdirmək və qısa zamanda müstəqil şəkildə aradan qaldırmaq; - Təmir işlərində əməyin mühafizəsi və təhlükəsizliyi qaydalarına riayət etmək; - Avadanlıqların vaxtından qabaq sıradan çıxmasının, köhnəlməsinin qarşısını almaq üçün yoxlanış keçirmək və onların təmirini növbələşdirmək; - Təmiri vaxtında və keyfiyyətlə həyata keçirmək, avadanlıqların yenidən qurulmasını təmin etmək, cizahlardan istifadənin optimallaşdırılması üçün təkliflər vermək; - Texniki servis meneceri tərəfindən müəyyənləşdirilmiş cədvəl üzrə təmir işlərini həyata keçirmək, lazımi texniki sənədlərin (avadanlıqların təmiri, ehtiyat hissələrinin və materialların alınması üçün müvafiq sənədlər) tərtibatına iştirak etmək.
Namizədə olan tələblər:
- Ali texniki təhsil; - Müvafiq sahədə ən azı 3 illik iş təcrübəsinə malik olmaq; - Kompüter bilikləri (MS Office) - Dəqiq, nizam-intizamlı və məsuliyyətli olmaq; - Kollektivlə işləmə bacarığı; - Operativ, gördüyü işə cavabdehlik; - Ezamiyyə imkanları; - Şəxsi avtomobilin olması üstünlükdür. - Cinsi: Kişi; - Yaş həddi: 25-38 arası; - İş qrafiki: həftədə 5 gün 09:30-18:00, şənbə günu 10:00-14:00 - Nahar şirkət tərəfindən qarşılanır; - Əmək haqqı: sabit əmək haqqı + bonus
Qeyd: Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiya adı qeyd olunmaqla hr@clinicmedical.az elektron ünvanına göndərmələri xahiş olunur.
|