
Xərclər üzrə mühasib
Əsas vəzifə və öhdəliklər:
• Qida və içki xərclərini effektiv şəkildə idarə etmək; • Bütün Qida və İçki satış nöqtələrini yoxlamaq və xərclərin büdcə daxilində olduğunu təmin etmək; • Aylıq Qida və İçki hesabatını və xərclərin açıqlamasını Gəlirlər və Xərclər hesabatı üçün menecmentə təqdim etmək; • Restoranların və anbarların sayımını təşkil etmək və sayımda iştirak etmək; • Əməliyyat sistemlərində endirimlərin gündəlik yoxlanılması və doğrulanması; • Restoran və bar çeklərinin gündəlik yoxlanması; • Satınalma sifarişlərinin yoxlanılması; • Ödənişlər üzrə məsul şəxsə dəstək; • Günlük və aylıq satış xərcləri hesabatının hazırlaması; • Əməliyyatların 1C mühasibatlıq programına daxil edilməsi; • Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrası.
Namizədə qarşı tələblər:
- Maliyyə və mühasibat uçotu ixtisasları üzrə ali təhsil; - Microsoft Office proqramlarını bilmək, xüsusi ilə Excel proqramı ilə işləmək bacarığı; - Maliyyə hesablaşmalarının qayda və üsullarını bilməli; - Mühasibat uçotunun milli və beynəlxalq standarları üzrə biliklərin olması; - İngilis dili arzu olunandır. - Naftalan şəhəri və ətraf yanı rayonlarda yaşayan namizədlərə üstünlük veriləcəkdir.
İş şərtləri
• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə; • İş qrafiki həftənin 5 günü; • İş saatı: 09.00-dan 18.00 kimi, • Korporativ nömrə və danışıq limiti • İş yeri Naftalanda yerləşir
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Xərclər üzrə mühasib” yazaraq hr@garabaghotel.az və fuad.bashirov@pmdhospitality.az ünvanlarına göndərmələri xahiş olunur.
|