Baş Aşbaz
 
JOB TITLE: Baş Aşbaz
EMPLOYER: Dreamland Baku DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-03-19 LAST UPDATED: N/A DEADLINE: 2021-04-18

Baş Aşbaz

Tələblər:

- Yaş həddi 30 – 40 yaş;
- Komandada işləmək bacarığı;
- Əcnəbi dil (İngilis və Rus) bilgisi;
- Yerli və dünya mətbəxi sahəsində 5-10 il iş təcrübəsi.

İş haqqında məlumat:

- Lazımi ərzaq təminatından menyu seçimi, yeməklərin hazırlanmasından təqdimatına qədər bütün mətbəxdən məsul olmalı;
 -Yerli və beynəlxalq mətbəxdə isti və soyuq bölümlərdə böyük təcrübə sahibi olmalı;
- Hotel mətbəxi və əməliyyatları haqqında ətraflı məlumatı olmalı;
- Mətbəxlərin gündəlik və ümumi olaraq təmizliyini daima nəzarətdə saxlamalı;
- Mətbəxdə istifadə edilən bütün avadanlıqların gündəlik təmizlənməsini nəzarətdə saxlamalı;
- Mətbəxə lazım olacaq bütün avadanlıqları zamanında təsbit edib təmin etməli;
- Menyuların hazırlanmasında təcrübəyə malik olmalı;
 -HACCP gigiyena standartlarına işçilərin itaət etməsini nazarətdə saxlamalı;
- Restorana veriləcək yeməklərin bölüşdürülməsinə nəzarət etməli;
- İşçilərin həftəlik iş qrafikini izləməli və nəzarətdə saxlamalı;
- Ehtiyac zamanı anbarda lazım olacaq qədər ərzaqların stoklanmasını nəzarətdə saxlamalı;

İş rejimi və qaydası:

- Həftədə bir gün istirahət olmaqla, altı günlük iş rejimi;
- Uniforma, gigiyena qaydaları və pandemi qaydalarına tam riayət etmək;
- Nahar yeməyi şirkət tərəfindən təmin edilir;
- AR Əmək Məcəlləsinə uyğun müqavilə bağlanılır.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini cv@dreamland.az elektron ünvanına (mövzu hissəsində vəzifənin adı “ Baş Aşbaz” qeyd olunmalıdır) göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP