Təmizlikçi
 
JOB TITLE: Təmizlikçi
EMPLOYER: Dreamland Baku DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-03-19 LAST UPDATED: N/A DEADLINE: 2021-04-18

Təmizlikçi

Tələblər:

- Yaş həddi 20 – 30 yaş (xanımlar və bəylər);
- Komandada işləmək bacarığı;
- Dil bilgisinə ehtiyac yoxdur;
- Təmizlik sahəsində 2 il iş təcrübəsi.

İş haqqında məlumat:

- Hər gün stabil olaraq dəhlizlərin, tualetlərin, ofislərin, restoranların və digər ümumi sahələrin təmizlik işlerinin görülməsi;
- Hoteldə və ofislərdə təmizlik işlərinin həyata keçirilməsini, o cümlədən döşəməni silib-süpürmək, pəncərə və qapıları yuyub-- təmizləmək, şüşələri silmək, stol və avadanlıqların tozunu almaq və s.
- Hoteldən bir qonaq ayrıldıqdan sonra qonağın ayrıldığı otağın digər qonaq üçün təmiz bir şəkildə hazırlanması;
- Təmizləmə üçün istifadə olunan alət və avadanlıqların istifadədən sonra düzgün şəkildə yığılması və təmizlik qaydalarına uyğun hərəkət edilməsi;
- Lazım olacaq təmizlik materiallarını öncədən üst rəhbərdən təmin etmək;
- Təmizlik üçün nəzərdə tutulan kimyəvi maddələrdən düzgün istifadə edilməlidir.

İş rejimi və qaydası:

- Həftədə bir gün istirahət olmaqla, altı günlük iş rejimi;
- Uniforma, gigiyena qaydaları və pandemi qaydalarına tam riayət etmək;
- Nahar yeməyi şirkət tərəfindən təmin edilir;
- AR Əmək Məcəlləsinə uyğun müqavilə bağlanılır.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini cv@dreamland.az elektron ünvanına (mövzu hissəsində vəzifənin adı “ Təmizlikçi” qeyd olunmalıdır) göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP