
Aşbaz (Chef de partie)
Tələblər:
- Yaş həddi 25 – 35 yaş; - Komandada işləmək bacarığı; - Dil bilgisinə ehtiyac yoxdur; - Yerli və dünya mətbəxi sahəsində 3-5 il iş təcrübəsi.
İş haqqında məlumat:
- Yerli və beynəlxalq mətbəxdə isti və soyuq bölümlərdə təcrübəyə malik olmalı; - Hotel mətbəxi və operasyonu haqqında məlumatı olmalı; - Hər gün stabil olaraq mətbəxlərin kontrolu; - Yeməklərin hazırlanması zamanı Baş Aşbaz ile paralel çalışmalı; - Menyuların hazırlanmasında təcrübəyə malik olmalı; - HACCP gigiyena standartlarına işçilərin itaət etməsini nazarətdə saxlamalı; - Restorana veriləcək yeməklərin bölüşdürülməsinə nəzarət etməli; - Klassik və müxtəlif növ xəmirlərin hazırlanmasında təcrübəyə malik olmalı; -Müxtəlif çörəklərin (Brioche, Hamburger ve s.) hazırlanmasında təcrübəyə malik olmalı; - İşçilərin həftəlik iş qrafikini hazırlamalı və izləməli; - Ehtiyac zamanı anbarda lazım olacaq qədər ərzaqların stoklanması təmin etməli.
İş rejimi və qaydası:
- Həftədə bir gün istirahət olmaqla, altı günlük iş rejimi; - Uniforma, gigiyena qaydaları və pandemi qaydalarına tam riayət etmək; - Nahar yeməyi şirkət tərəfindən təmin edilir; - AR Əmək Məcəlləsinə uyğun müqavilə bağlanılır.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini cv@dreamland.az elektron ünvanına (mövzu hissəsində vəzifənin adı “ Aşbaz (Chef de partie)” qeyd olunmalıdır) göndərə bilərlər.
|