Mühasib
 
JOB TITLE: Mühasib
EMPLOYER: Caspian Textile MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-03-19 LAST UPDATED: N/A DEADLINE: 2021-04-18

Mühasib

• Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar
• Vergi orqanları ilə yazışmalar
• Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi
• E-Qaimə fakturalarının və VHF yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı. E-portal proqramı ilə işləmək bacarığının olması
• Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək
• Vergi hesabatlarının (Əmlak, Torpaq, ƏDV, ÖMV, Mənfəət) hazırlanması və təqdim edilməsi
• DSMF hesabatlarının (B1, B3) hazırlanması və təqdim edilməsi
• Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
• Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi
• BTP proqramında işləməklə vergi bəyannamələri göndərmək
• Əmək haqqılarının hesablanması
• İş qrafiki: Bazar ertəsi – Cümə: 09:00-dan 18:00-dək
• Şənbə və bazar istirahət günləridir

Namizədə tələblər:

• Ali təhsilli
• B1-B3, Microsoft Office proqramlarını bilmək
• 1 C 8.2 və 8.3 proqramında sərbəst işləmək təcrübəsi
• e-gov.az, .e-taxes.gov.az və digər portallardan istifadə etmək bacarığı
• Vergi, əmək qanunvericilikləri üzrə biliklərə sahib olmalı
• Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması üzrə biliklərə sahib olmalı
• Balansın çıxarılması üzrə biliklərə sahib olmalı
• Əmək haqqı: razılaşma əsasında
• Staj: minimum 3 il (istehsalatda)
• Ərazi: Bakı
• İş rejimi: Tam iş günü (5 gün)

CV-lərinizi hr@caspiantextile.az ünvanına “Mühasib” başlığı altında göndərməyiniz xahiş olunur. Əks təqdirdə CV-lərə baxılmayacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP