UT və MPİ mütəxəssisi
 
JOB TITLE: UT və MPİ mütəxəssisi
EMPLOYER: ATEF Şirkətlər Qrupu DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-03-19 LAST UPDATED: N/A DEADLINE: 2021-04-18



“ATEF ŞİRKƏTLƏR QRUPU” MMC “UT (Ultrasonic Testing) və MPİ (Magnetic Particle Inspection) mütəxəssisi” vəzifəsinə vakansiya elan edir.

Şirkət: “ATEF ŞİRKƏTLƏR QRUPU” MMC

Əmək haqqı: Müsahibənin nəticəsinə uyğun olaraq müəyyən ediləcəkdir.

İş şəraiti

• İş yeri: Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi
• 5 günlük iş həftəsi
• Nahar fasiləsi: 12:00-13:00
• Nahar müəssisə tərəfindən təmin edilir.

İş barədə məlumat

• Cizgiləri oxuma bacarığı və cizgiyə əsasən konstruksiyaların ölçülərinin yoxlanılması;
• Cizgi üzərindən qaynaq prosesinə və metal konstruksiya yığımına nəzarət;
• İstehsal sahələrində istehsal olunan məhsulların keyfiyyətinə nəzarət sahəsində görülən işləri koordinasiya və təşkil etmək;
• Qaynaqdan sonra əmələ gələn deformasiyaların və əyilmələrin yoxlanması;
• Sahəyə daxil olan materialların, məhsulun keyfiyyətinin vizual yoxlanması, keyfiyyət, mənşə və uyğunluq sertifikatlarının yoxlanması;
• İşlərin layihəyə və ya sifarişçinin tələbinə uyğunluğunu yoxlamalı, istehsal olunan məhsulların istehsal normativinə uyğunluğu barədə hesabat verməlidir;

Tələblər:

• Ali təhsil (mühəndis ixtisaslı);
• İxtisas üzrə minimum 1 il iş təcrübəsi;
• UT və MPİ sınaqlarını aparmaq üzrə qüvvədə olan sertifikatları olmalı;
• Qaynaq tikişlərinin növlərini bilməli;
• Aparılacaq sınaqlar üçün prosedur qaydaları bilməli və tətbiqini həyata keçirməlidir;
• Kompüter bilikləri - Excell və MS office proqramları;
• İSO9001, İSO22000 standartlarını bilmək;
• Azərbaycan, Rus və İngilis dili;
• Fikrini izah etmək qabiliyyəti;
• Ünsiyyət yaratmaq bacarığı,
• İşə planlı yanaşması;
• Fəal olması və komandada işləmək bacarığı

Bu vəzifəyə müraciət etmək üçün CV-ni hr@atef.az ünvanına göndərə bilərsiniz. CV göndərən zaman vəzifənin adını UT və MPİ mütəxəssisi e-mail də mövzu (subject) bölməsində göstərin.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP