 “ATEF ŞİRKƏTLƏR QRUPU” MMC “İnsan resursları üzrə mütəxəssis” vəzifəsinə vakansiya elan edir.
Şirkət: “ATEF ŞİRKƏTLƏR QRUPU” MMC İş yeri: Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Əmək haqqı: Müsahibə zamanı müəyyən ediləcəkdir.
İş şəraiti
• 5 günlük iş həftəsi • Nahar fasiləsi: 12:00-13:00 • Nahar müəssisə tərəfindən təmin edilir.
İş barədə məlumat
• İşçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması, əmək muqavilələrinin, vəzifə təlimatlarının hazırlanması, elektron Hökumət Portalına daxil edilməsi, sosial sığorta şəhadətnamələrinin sifariş olunması; • Məzuniyyət qrafiklərinin, işə qəbul, xitam, məzuniyyət, ezamiyyə və s. əmrlərinin tərtib edilməsi. • Aylıq, rüblük, yarımillik və illik hesabatların hazırlanması və dövlət orqanlarına təqdim olunması; • İşçilərin icbari sığortasının həyata keçirilməsi; • Zavodlar üzrə iş vaxtının uçotuna nəzarət etmək və tabellərin hazırlanmasını təmin etmək; • Sənədləşmə işlərinin mövcud qanunvericiliyə uyğun aparılması; • İşçilərin davamiyyət uçotunun aparılması; • İşçilər barədə məlumat bazasının yaradılması, yenilik və dəyişikliklərin daxil edilməsi; • İnsan resursları departamentinə aidiyyəti hesabatları tərtib edilməsi və təqdim edilməsi;
Tələblər:
• Cinsi: Kişi • Yaş: 25-35 • Təhsili : Ali • Əmək qanunvericiliyi ilə bağlı mükəmməl bilik və iş təcrübəsi; • Azərbaycan dilində səlis, ingilis və rus dillərində yüksək yazılı və şifahi ünsiyyət qabiliyyəti; • Elektron hökümət portalında sərbəst istifadə bacarığı • MS Office proqramlarında sərbəst istifadə bacarığı • Analitik təhlil bacarığı və qərar qəbuletmə qabiliyyəti; • İnnovativlik və yaradıcılıq bacarığı; • Vaxtın səmərəli idarə olunması bacarığı; • İR Departamentinin fəaliyyət istiqamətləri və funksiyaları haqqında biliklər.
Namizədin şəxsi keyfiyyətləri:
• Fikrini izah etmək qabiliyyəti; • Ezamiyyə imkanları; • Ünsiyyət yaratmaq bacarığı; • İşə planlı yanaşması; • Fəal olması və komandada işləmək bacarığı.
Bu vəzifəyə müraciət etmək üçün CV-ni hr@atef.az ünvanına göndərə bilərsiniz. CV göndərən zaman vəzifənin adını “İnsan resursları üzrə mütəxəssis” Mövzu bölməsində göstərin.
|