Aparıcı smetacı - mühəndis (tikinti üzrə)
 
JOB TITLE: Aparıcı smetacı - mühəndis (tikinti üzrə)
EMPLOYER: UNICO DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-03-19 LAST UPDATED: 2021-03-19 DEADLINE: 2021-04-18

Aparıcı smetacı - mühəndis (tikinti üzrə)

Əsas vəzifə və öhdəliklər:

• Layihə sənədlərinə uyğun ümumi tikinti işləri üzrə layihə smeta sənədlərinin tərtibatı
• Layihə/Spesifikasiya və Smeta arasındakı uyğunsuzluqları müəyyən etmək
• Layhəyə əsasən iş həcmlərinin çıxarılması
• Əsaslı tikinti-quraşdırma və təmir işləri üçün təklif və razılaşma qiymətləri hesablamalarını analiz etmək və smeta sənədini hazırlamaq
• Layihə icrası zamanı mövcud dəyişikliklərə əsasən smeta sənədlərinə düzəlişlərin edilməsi
• Layihə-smeta sənədlərin vaxtında təhvil verilməsini təmin etmək
• Hazırlanmış smetaya uyğun olaraq texniki nəzarətin həyata keçirilməsi
• Layihəyə dair aylıq texniki hesabatların hazırlanması (Forma 2, Forma 3, Xərc analizi)
• Podratçılar tərəfindən yerinə yetirilmiş işlərlə bağlı təqdim edilən hesabatların yoxlanılması
• Sahələrdən gələn texniki hesabatların yoxlanması
• Layihədəki büdcə risklərin analizi

Tələblər:

• Mühəndis (İnşaat Sahəsi) ixtisası üzrə ali təhsil;
• Minimum 4-5 il müvafiq sahədə iş təcrübəsi;
• Yaş həddi: 30-45 yaş
• Müvafiq qanunvericilik aktları və normalarını bilmək;
• Dil: Azərbaycan, İngilis və Rus dilləri
• Komputer bilikləri: Excel və AutoCAD proqramları (Smeta + , Microsoft Project bilənlərə üstünlük verilir);
• İşə məhsuliyyətli yanaşmaq;
• Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, şəxsi və peşəkar inkişaf, hesabat yazma səriştəsi.

İş haqqında məlumat:

• Əmək məcəlləsinə uyğun sənədləşmə.
• İş qrafiki- 5 gün, lazım olsa şənbə günü-qısa gün.
• Əmək haqqı digər şirkətlərlə müqaisədə daha yüksək
• Xırda xərclərin qarşılanması.
• Nahar şirkət tərəfindən.

Göstərilən tələblərə uyğun namizədlər mailin mövzu hissəsinə mütləq “ Aparıcı Smetaçı mühəndis” qeyd etməklə şəkilli CV-lərini (əks halda belə müraciətlərə baxılmayacaq) Zenfira.Bagirova@unico.az elektron ünvanına göndərə bilərlər. Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP