Qiymətli kağızlar və pul bazarında əməliyyat şöbəsinin aparıcı baş mütəxəssisi
 
JOB TITLE: Qiymətli kağızlar və pul bazarında əməliyyat şöbəsinin aparıcı baş mütəxəssisi
EMPLOYER: Kapital Bank DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-03-22 LAST UPDATED: N/A DEADLINE: 2021-04-21

Qiymətli kağızlar və pul bazarında əməliyyat şöbəsinin aparıcı baş mütəxəssisi

Ümumi məlumat

Kapital Bank namizədləri Xəzinədarlıq departamentinin Qiymətli kağızlar və pul bazarında əməliyyat şöbəsinin aparıcı baş mütəxəssisi vəzifələrinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

• Yerli şirkətlərin profilinin araşdırılması və kredit riskinin müəyyənləşdirilməsi;
• Şirkətlərin detallı qiymətləndirilməsi: maliyyə hesabatlarının yoxlanması və kapitalın dəyərinin qiymətləndirilməsi;
• Şirkətlərin aid olduğu sektorların araşdırılması və təhlil hazırlanması;
• Proqnozlaşdırma və qiymətləndirmə məqsədli modellərin hazırlanması və tətbiqi;
• Yerli və qlobal bazarlarda gedən trendlərin araşdırılması, izlənməsi və müvafiq hesabatların hazırlanması;
• Bankın investisiya portfelinə nəzarət və idarəçiliyə dəstək;
• Rəhbərlik tərəfindən verilən spesifik araşdırmaların yerinə yetirilməsi.

Tələblər

• Minimum Bakalavr dərəcəsi (əsasən Komputer elmləri, Maliyyə, Maliyyə mühəndisliyi, Riyazi və ya İqtisadi sahədə);
• Yüksək Excel bilikləri və təcrübəsi;
• Yüksək səviyyədə mühasiblik, maliyyə, kəmiyyət analizi və biznes yazışma bacarıqları;
• Yüksək səviyyədə maliyyə modelləşdirilməsi bacarığı;
• Təşkilati bacarıqlar və dinamik mühitdə qoyulan tapşırıqların vaxtında icrası;
• Kodlaşdırma bacarıqları (Python, Java);
• Python, SQL, Tableau və Excel VBA ilə real iş təcrübəsi;
• Tədqiqat, investisiya və və mühasiblik sahəsində 1-3 illik iç təcrübəsi;
• Çoxfunksiyalılıq və komanda mühitidində çalışmaq qabiliyyəti;
• CFA arzuolunandır.

Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP