Customer Services Worker
 
JOB TITLE: Customer Services Worker
EMPLOYER: Caspian Entertainment Company DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-03-25 LAST UPDATED: N/A DEADLINE: 2021-04-24

Caspian Entertainment Company MMC ölkəmizdə çoxsaylı əyləncə və təhsil layihələrinə sahib olan, etdikləri işi sevən istedadlı və iddialı şəxslərdən ibarət gənc bir şirkətdir.

Şirkət 2018-ci ildə, Paşa Holdinqin nəzdində tematik əyləncə turistik yerləri inkişaf etdirmək və fəaliyyətini təmin etmək, eyni zamanda hər yaşda olan körpələr və uşaqlar üçün fərqli təhsil və əyləncə alternativləri təmin etmək məqsədi ilə təsis edilmişdir.

https://caspianentertainment.com/

Vəzifə - "Customer Services Worker / Müştəri xidmətləri işçisi"

Öhdəliklər:

- Ziyarətçilərlə tez-tez əlaqə vasitəsilə müştəri xidmət tələblərini tənzimləmək; daha öncəki informasiya analizi və şikayət qeydiyyatlarını istifadə etməklə ən yaxşı təcrübələrin tədbiq edilməsində dəstək olmaq
- Kinderland standardlarına uyğun müştəri xidmət sahəsi siyasəti və proseduraları yaradılmasında dəstək olmaq
- Xidmət proseslərini yoxlamaq, dəyərləndirmək və uyğunlaşdırmaqla müştəri xidmətinin səviyyəsini artırmaq.
- Hadisə statistikasını, məsələlər, şikayətlər və həll yolları olan məlumat bazasının yaradılması, qeydiyyatının aparılmasında dəstək olmaq
- Əməliyyat zamanı ərazidə olmaq, müştərilər tərəfindən bildirilən təklif və şikayətlər ilə yerində maraqlanmaq və həll etmək
- Xidmət proseslərini daha səmərəli etmək üçün sahə üzrə kordinatora həftəlik iş hesabatları hazırlamaq
- Müştəri rəyi toplamaq, analiz etmək və daha sonra Kinderland ziyarətçilərinin xeyrinə xüsusi təcrübələr tərtib etmək

Tələblər:

- Menecment, Administrasiya,Marketinq, Reklam və İncəsənət sahəsində minimum bakalavr təhsili
- Əyləncə və müştəri xidmətləri şöbəsində 1 il təcrübə
- Microsoft Office proqramlarında sərbəst işləmə bacarığı
- Yüksək səviyyədə azərbaycan, ingilis və rus dili bilikləri
- Uzun müddət oturmadan, hərəkətli qrafikdə komandada işləmək bacarığı
- Növbə ilə, həftə sonları və çətin müştərilərlə (böyüklər və uşaqlar) işləmək və şirkətin sahib olduğu digər layihələrdə də rol alma
- Problem həll etmə və təsirli nitq bacarıqları;

E-mail: hr@caspianentertainment.com

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP