Birthday Sales assistant
 
JOB TITLE: Birthday Sales assistant
EMPLOYER: Caspian Entertainment Company DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-03-25 LAST UPDATED: N/A DEADLINE: 2021-04-24

Caspian Entertainment Company MMC ölkəmizdə çoxsaylı əyləncə və təhsil layihələrinə sahib olan, etdikləri işi sevən istedadlı və iddialı şəxslərdən ibarət gənc bir şirkətdir.

Şirkət 2018-ci ildə, Paşa Holdinqin nəzdində tematik əyləncə turistik yerləri inkişaf etdirmək və fəaliyyətini təmin etmək, eyni zamanda hər yaşda olan körpələr və uşaqlar üçün fərqli təhsil və əyləncə alternativləri təmin etmək məqsədi ilə təsis edilmişdir.

https://caspianentertainment.com/

Position - "Birthday Sales assistant/ Satış köməkçisi (ad günü)"

Öhdəliklər:

- Müştərilərə mövcud xərclər, tarixlər, cədvəllər, fəaliyyət və xidmətlər ilə əlaqəli məlumat vermək
- Ad günü satış strategiyasının və müvafiq hesabatların hazırlanmasında aktif iştirak etmək
- Ad günü təşkili üçün lazımi resurların vaxtında və istismara yararlı olmasını təmin etmək
- Ad gününün təşkilində (qonaqların qarşılanması, xərclərə nəzarət və s. işlərdə) dəstək olmaq.
- Ad günü satışları ilə bağlı aylıq, yarımillik və illik hesabatlar hazırlanmasında kömək göstərmək
- Satışları artırmaq üçün həll yolları tapmaq
- Satış planına uyğun olaraq tanıtımları həyata keçirmək
- Ad günləri və əməliyyat zamanı ərazidə olmaq, təşkil edilən tədbirlərə nəzarət etmək

Tələblər:

- Marketinq, Ticarət, Əlaqələr üzrə bakalavr dərəcəsi
- Azərbaycan, Rus və İngilis dillərində səlis danışmaq
- Microsoft Office proqramlarında sərbəst işləmə bacarığı
- Minimum 2 illik satış və müştəri xidməti təcrübəsi
- Satış və Tədbirlərin təşkili barədə məlumatlı olmaq
- Növbə ilə, həftə sonları və çətin müştərilərlə (böyüklər və uşaqlar) işləmək və şirkətin sahib olduğu digər layihələrdə də rol alma
- Uzun müddət oturmadan, hərəkətli qrafikdə komandada işləmək bacarığı

E-mail: hr@caspianentertainment.com

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP