Katibə/ ümumi işlər üzrə mütəxəssis
Vəzifə öhdəliklər:
• Şirkətin fəaliyyətinə aid olan və onun işçiləri tərəfindən rəhbərliyin baxışı, təsdiq etməsi və imzalaması üçün təqdim edilən sənədləri qəbul etmək və müvafiq qaydada hazırlayaraq sədr müavininə təqdim etmək; • Daxil olan məlumatların, sənədlərin təyinatı üzrə təsnifatının aparılmasını, sistemləşdirilməsini və qeydiyyatını təşkil etmək; • Rəhbərliyin tələb etdiyi məlumatlar barədə Şirkətin ayrı-ayrı şöbə və qurumlarının rəhbərlərinə məlumat vermək və məlumatları aldıqdan sonra sədr müavininə təqdim etmək; • Rəhbərliyin şirkət daxilində və digər qurumlarla telefon və digər əlaqələrini koordinasiya etmək; • Rəhbərliyin görüş və müşavirələrinin vaxtını tənzimləmək, qrafiklər hazırlamaq, keçiriləcək görüşlərin vaxtı barədə aidiyyətı üzrə rəhbər işçilərə məlumatın verilməsini təmin etmək; • Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək;
Tələblər
• Azərbaycan dili mükəmməl, İngilis və Rus dilləri arzuolunandır. • Microsoft Office proqramlarında işləmək bacarığı; • Məsuliyyətlilik, düzgünlük, dəqiqlik və məxfilik; • Sənədlərlə işin və kargüzarlığın düzgün aparılması, hazırlanan sənədlərin məzmununun dəqiq, aydın və ardıcıl olması, keyfiyyətli tərtibatı bacarıqları. • Ali təhsil; • Uyğun sahədə minimum 1 il iş təcrübəsi. • Qadın namizəd.
Əmək haqqı: 800 manat (Vergi və digər ödənişlər daxil olmaqla)
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq " Katibə/ ümumi işlər üzrə mütəxəssis" qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) recruitment.planning20@gmail.com elektron ünvanına göndərə bilərlər. Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.
|