
Vəzifə: Daxili kommunikasiyalar üzrə mütəxəssis İş yeri: OBA Marketlər şəbəkəsi baş ofis
Namizədə dair tələblər:
• Təhsili: Ali • Yaş: 35 yaşa qədər • Dil bilikləri: Azərbaycan dili (mükəmməl səviyyədə) • Kompüter bilikləri: MS Office • Müvafiq sahədə minimum 1-2 il iş təcrübəsi; • Komanda şəklində, həmçinin gərgin iş rejimində çalışmaq; • Yüksək icraçılıq bacarığı, təşkilatçılıq, məsuliyyətlilik, düzgünlük, kreativlik, təhlil, proqnoz və planlaşdırma qabiliyyəti, operativlik, dəqiqlik;
Vəzifə öhdəlikləri:
- Korporativ mədəniyyətin gücləndirilməsinə yönəlmiş daxili kommunikasiyalar planının hazırlanması və bu plan çərçivəsində müxtəlif formada tədbir və proqramların həyata keçirilməsi; - Şirkətin fəaliyyəti ilə bağlı xəbərlər, şirkətin inkişaf strategiyası, dəyərləri və məqsədləri, mühüm hadisələri haqqında əməkdaşların zamanında məlumatlandırılması; - Daxili kommunikasiya daşıyıcılarının məzmununun və dizaynının hazırlanması, nəşr edilməsi və daxildə yayılmasının təşkili; - Korporativ nəşrlərin hazırlanması; - Daxili sosial şəbəkənin idarə edilməsi; - Daxili kommunikasiyanın fəaliyyəti ilə bağlı aylıq hesabatların hazırlanması - İctimaiyyətlə Əlaqələr şöbəsi ilə bölmələr arasında görüşlərin təşkil edilməsi; - Şirkətdə nizam-intizamın təşkili; - Şirkət əməkdaşları arasında daxili sorğuların keçirilməsi.
Əlavə təminatlar:
• Nahar şirkət tərəfindən verilir; • Korporativ nömrə ilə təmin edilmə; • Servis şirkət tərəfindən təmin edilir;
İş qrafiki:
İş saatları 09:00 – 18:00; Nahar fasiləsi: 13:00-14:00 Şənbə və Bazar istirahət günü.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Daxili kommunikasiyalar üzrə mütəxəssis" yazaraq cv@oba.com.az ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
|