Şirkət haqqında: Logistic Company
Vəzifə: TEXNİKİ ŞÖBƏNİN MÜDİRİ İş yeri: Bakı şəhəri İş təcrübəsi: 3-5 il Rəhbər vəzifədə iş təcrübəsi (Texniki sahə üzrə) Təhsil: Ali təhsil (müvafiq texniki sahə üzrə təhsil) Yaş həddi: 30-40 yaş
Vəzifə öhdəlikləri:
- Bütün təmir və profilaktik texniki qulluq planlamasının həyata keçirilməsini təmin etmək. - Planlaşdırılmış və plandan kənar təmir fəaliyyətlərinin həyata keçirilməsini təmin etmək. - Texniki nasazlıqların səbəblərini analiz edərək uzunmüddətli həll yollarını təmin etmək. - Texniki qulluq və istehsalat təlimatlarının yenilənməsini və həmin təlimatlara uyğun fəaliyyət göstərilməsini təmin etmək. - PXT proseslərinin vaxt analizini etmək və proseslərin inkişafını təmin etmək - PXT planlarına əsasən iş qrafikini müəyyən etmək və qrafikə uyğun icrasını təmin etmək. - Müvafiq müddət aralığına aid (həftəlik, aylıq və s.) planlaşdırılmış və reallaşdırılmış istehsal hesabtalarını hazırlamaq. - Stok ehtiyatını nəzarətdə saxlamaq (aidiyyatı şöbələrlə birlikdə). - İllik büdcələrin hazırlanmasında iştirak etmək. - İş prosesi və PXT planlaşdırılmasında ortaya çıxan plandan yayınmalar və gecikmələri izləmək, aradan qaldırılması üçün tədbir görülməsini təmin etmək. - Tabeçiliyində olan texniki qulluq, mexaniki və elektrik bölmələrinin fəaliyyətini tənzimləmək və aidiyyatı üzrə tapşırıqlar vermək.
Tələblər:
- Komanda quruculuğu və komandanın idarəedilməsi; - Problemləri həll etmə bacarığı və punktuallıq; - Yüksək ünsiyyət qabiliyyəti; - Analitik düşünmə qabiliyyəti - Liderlik və komandada işləmək bacarığı; - İngilis dili biliyi; - Rus dili biliyi (arzuolunandır) ; - Texniki-mühəndis sənədlərlə (çizgilər, texniki şərtlər, xüsusiyyətlər və s.) tanışlıq; - Microsoft Office proqramları biliyi.
Əmək haqqı: 1800-2500 AZN
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsilə çatdırılma; - Nahar ilə təmin edilmə; - Endirimli tibb xidməti; - Mobil nömrə və telefon limiti.
İş qrafiki: 6 günlük
Vakansiya ilə maraqlanan şəxslər CV-sini mövzu yerinə "Texniki şöbənin müdiri" yazmaqla azhrecruiters@gmail.com ünvanına göndərə bilərlər.
|