Biznes analitik üzrə kiçik mütəxəssis
 
JOB TITLE: Biznes analitik üzrə kiçik mütəxəssis
EMPLOYER: Ferrum Capital DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-03-29 LAST UPDATED: N/A DEADLINE: 2021-04-28

Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Capital QSC Biznes analitik üzrə kiçik mütəxəssis vakansiyasını elan edir.

Vəzifə öhdəlikləri:

• Biznes analizi apararaq problemlərin, imkanların və həll yollarının araşdırılması
• Biznes tələblərinin müəyyənləşdirilməsi, planlaşdırılması və monitorinqi
• Məlumatları, müştəriləri və biznes mühitini təhlil etməklə məhsullar üzrə təkliflərin araşdırılması
• Rəhbərlər, menecerlər, müştərilər və digər maraqlı tərəflər tərəfindən nəzərdən keçirilmək üçün iş, maliyyə və ya iqtisadi məlumatları ümumiləşdirən standart və ya xüsusi hesabatların hazırlanması

İş qrafiki

• Bazarertəsi – Cümə: 10:00-19:00
• Şənbə: 10:00 – 14:00
• Əmək haqqı: 300 AZN + bonus
• Əlverişli iş mühitində çalışmaq imkanı
• Karyera və inkişaf perspektivləri

Namizəddə tələblər:

• Biznes və biznes proseslərinin idarə edilməsi sahəsində bilik
• Yaxşı səviyyədə MS Office, yüksək səviyyədə Excel bilikləri
• Başlanğıc səviyyədə Power BI bilikləri
• Yaxşı səviyyədə ingilis dili biliyi
• Analitik düşünmə qabiliyyəti

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Biznes analitik üzrə kiçik mütəxəssis” qeyd etməklə hr@ferrumcapital.az e-mail ünvanına göndərmələri xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP