
Vəzifə: Aşbaz İşəgötürən: Qartal Tikinti Firması Əmək haqqı: Xidmət müqaviləsi ilə vergilər daxil 400-450 AZN müəyyən edilir və bank kartına rəsmi olaraq ödənilir.
İş yeri: Sumqayıt şəhəri, Çerkassi küçəsi 220, 50-ci məhəllə, Qartal Tikinti Firmasının İstehsalat sahəsindəki yeməkxanası
Tələblər:
1. Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi olmalı; 2. İşində məsuliyyətli və ciddi olmalı; 3. Təmizliyə xüsusi diqqət yetirməlidir; 4. Ancaq Sumqayıt şəhərində yaşayanlar müraciət edə bilər.
İş haqqında məlumat:
1. Yalnız Qartal Tikinti Firmasının ofisində və istehsalat sahəsində işləyən işçiləri üçün yemək hazırlayacaq. 15-20 nəfər baş ofis işçiləri üçün hazırlanan yemək Sumqayıt şəhəri, 48-ci məhəllədəki baş ofisin yemək otağına göndərilir. Buradakı yemək otağının təmizlənməsi və yeməklərin paylanması aşbazların məsuliyyətində deyildir; 2. Yeməkxanada 2 nəfər aşbazın işləməsi nəzərdə tutulur. Orta hesabla baş ofis və istehsalat sahəsinin işçiləri üçün gündəlik 40-50 nəfərlik yemək hazırlanır; 3. İstehsalat sahəsində saat 11:00-da və 16:00-da işçilər üçün çay fasiləsi nəzərdə tutulur. Çayın hazırlanması və işçilərə verilməsi aşbazların məsuliyyətindədir; 4. Aşbazlar növbəti gün üçün menyu tərtib etməli və tələb olunan ərzağın miqdarı barədə sifariş hazırlamalıdır. Ərzaqların alınmasını və təchiz edilməsini başqa əməkdaş yerinə yetirir; 5. Qabların yuyulması və istehsalat sahəsindəki yeməkxananın təmizlənməsi aşbazların məsuliyyətindədir; 6. Ərzaqlardan düzgün istifadə edilməli və ərzaq itkilərinə yol verilməməlidir; 7. Firma rəhbərliyi tərəfindən təyin edilmiş nizam və qaydalara riayət edilməlidir.
İşçi üçün şərait:
1. İş saatı 09:00-17:00; 2. Nahar yeməyi və aşbazların geyimi firma hesabına təmin edilir; 3. İstirahət günü - Bazar günləri;
CV-nizi mövzu yerində “Aşbaz” qeyd etməklə info@qartal.az email ünvanına göndərə bilərsiniz.
Əlaqələndirici şəxs: Tural Məmmədov Telefon: +994 50 235 48 67
|