Android proqramçı
 
JOB TITLE: Android proqramçı
EMPLOYER: NBA Technologies International LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-03-30 LAST UPDATED: N/A DEADLINE: 2021-04-29

“NBA Technologies İnternational” MMC Android proqramçı vakansiyasını elan edir.

Əsas vəzifə öhdəlikləri:

• Tələblər əsasında proseslərin avtomatlaşdırılması üzrə Android əməliyyat sistemində çalışan tətbiqlər üçün müvafiq proqram kodlarının hazırlanması;
• Yazılan servis, proses və məhsulları mövcud olan digər servis, proses, məhsullar və əlaqədar informasiya sistemlər ilə inteqrasiyasının təmin olunması;
• Proqram təminatının kodlarının təyin edilmiş standartlara (Code Convention) və müasir tələblərə cavab verən şəkildə hazırlanması;
• Android əməliyyat sistemində çalışan tətbiqlərin daxili proseslərinin məntiqinin inkişaf etdirilməsi üzrə tətbiqi proqram təminatında proqram kodların hazırlanması, dəyişdirilməsi və yenilənməsi;
• Tətbiqlərin kodlarında ortaya çıxan xətaları kod səviyyəsində analiz edərək xətaların aradan qaldırılması.

Namizədə qarşı tələblər:

Təhsil:

• Ali təhsil (riyaziyyat, mühəndislik və ya informasiya texnologiyaları sahəsi üzrə təhsil arzuolunandır);
• Dil bilikləri: Azərbaycan və İngilis dili (texniki səviyyədə), Rus dili arzuolunandır;

Peşə bilikləri:

• Android əməliyyat sistemində tətbiqlərin hazırlanması;
• OOP konsepsiyalarına dair biliklər;
• Java proqramlaşdırma dilində dizayn və proqramlaşdırma bacarıqları;
• REST API, XML, JSON üzrə bilikləri;
• C proqramlaşdırma dili üzrə biliklərinin yaxşı səviyyədə olması mütləqdir.

İş təcrübəsi:

• Android əməliyyat sistemində çalışan mobil tətbiq(lər)in hazırlanmasında minimum 6 aylıq iş təcrübəsi,
• proqram təminatlarının testdən keçirilməsi, düzəlişlərin edilməsi, biznes proseslərin avtomatlaşdırılması üzrə iş təcrübəsi arzu olunandır.

Üstünlük verilən bacarıqlar:

• Proqram təminatlarının funksional imkanlarının inkişaf etdirə bilmək üzrə təhlillərin aparılması bacarığı;
• Məlumat bazalarının idarəetmə sistemlərində verilənlərin strukturlaşdırılması bacarığı;
• Analitik düşüncə tərzi;
• Əldə olunan məlumatlar əsasında təhlil etmə və düzgün qərarvermə bacarığı;
• Yeni biliklərin əldə olunması və öz bacarıqlarını inkişaf etdirə bilmək həvəsi;
• Yeni iş mühiti və kollektivə qısa müddətdə uyğunlaşmaq bacarığı;
• Komanda şəklində çalışa bilmə bacarığı.

Uyğun şəxslər CV-lərini hr@nbatech.az e-mail ünvanına göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP