
“Biznesin inkişafı üzrə menecer”
Vəzifə öhdəlikləri:
• Şirkətin biznesin inkişafı strategiyasının işlənib hazırlanması, strateji və operativ biznes planlarının hazırlanması • Biznes proseslərinin təkmilləşdirilməsi • Yeni məhsulların yaradılması, onların təşviqi metodlarının seçilməsi • Təşkilatın üzvlük strateqiyasının təkminləşdirilməsi və yeni üzvlərin cəlb edilməsilə bağlı işin təşkili • Təşkilatın məhsulları, göstərdiyi xidmətlər haqqında potensial müştərilərə təkliflərin göndərilməsi • Layihələrin idarə olunması • Görülmüş işlərin nəticələrinin təhlili və qiymətləndirilməsi • Dövri hesabatların hazırlanması və təhlili • Əmək funksiyaları çərçivəsində rəhbərlik tərəfindən verilən digər tapşırıqların icra edilməsi
Tələb olunan keyfiyyətlər:
• Biznesin idarə edilməsi, iqtisadiyyat, idarəetmə və ya oxşar sahə üzrə ali təhsil • Maliyyə və bank sahəsində ən azı 2 illlik təcrübə • Biznes ideyasının yaradılması, inkişafı və iş təhlili sahəsində ən az 2 illik təcrübə • İşgüzar danışıqlarda ən az 2 illik təcrübə • Müqavilələrin aparılmasında təcrübə • Layihələrin idarə edilməsi sahəsində təcrübə arzuolunandır • Azərbaycan və İngilis dillərini səlis bilmək • MS Office (Excel, Word, PowerPoint) proqramlarını yaxşı səviyyədə bilmək
Bacarıqlar:
• Kommunikasiya və ünsiyyət bacarıqları • Analitik yanaşma və təhlil • Problem həll etmə bacarıqları • Təqdimat bacarıqları • Vaxt idarəetmə bacarıqları
Qeyd olunan tələblər cavab verən şəxslər öz CV-ni mövzu hissəsində “Biznesin inkişafı üzrə menecer” qeyd etməklə info@arpa.az elektron ünvanına göndərə bilərlər.
|