Online Konsultant və satışçı / Sosial şəbəkələrin idarə edilməsi
Xəzinəmed LLC olaraq dünyaca məşhur Bioderma , Institut Esthederm, Propia, Etat Pure markalarının online satışını/SMM vəzifəsini yerinə yetirəcək mütəxəssis əməkdaş axtarışındayıq
Şirkətin sosial media səhifələrinin idarə edilməsi və satışlarının həyata keçirilməsi.
Vəzifə və öhdəliklər:
- Sosial media hesabları və platformaları (Facebook, Instagram ) ilə aktiv işləmək, - Gündəlik kreativ, orijinal və yüksək keyfiyyətl kontentin hazırlanması və sosial mediada paylaşılmasını təmin etmək, - Müştərilərin ehtiyacına uyğun məhsul məsləhəti vermək və müştəri məmnuniyyəti qazanmaq, - Müştərilərdən gələn sifarişləri müvafiq şöbəyə yönləndirmək və müştərilərin sifarişlərinin çatdırılmasına nəzarət etmək, - Mövzuya uyğun olaraq yüksək keyfiyyətdə cəlbedici kontenti (mətn) hazırlamaq və ya seçmək, - Kontent və posterləri yerləşdirdikdən sonra sosial şəbəkəyə gündəlik gələn şərh (rəy, mesaj) və soruğuları cavablandırmaq, - Səhifəyə gələn sorğuları müvafiq şöbələrə yönləndirmək və ya cavablandırılmasını təmin etmək, - Sosial şəbəkələrdə pullu reklam, aksiya və kampaniyaları idarə etmək, - Kontentləri və səhifənin məzmununu daima inkişaf etdirəcək layihələri təklif etmək və kifayət qədər sərbəst işləməyi bacarmaq, - Gündəlik ofisə gəlmək tələb edilmir, ev şəraitində işləmək mümkündür.
Tələblər:
- Kosmetika satışı və konsultasiya üzrə təcrübə, - Sosial media sahəsində biliklər və ən azı 2 il iş təcrübəsi, - Azərbaycan və Rus dilini mükəmməl səviyyədə bilmək, - Peşəkar səviyyədə yazılı, şifahi ünsiyyət və yaradıcı düşünmə bacarığı, - Sosial media planlama və idarəetmə təcrübəsi, sosial mediada aktivlik, işə yaradıcı yanaşma bacarığı, - Təşəbbüskarlıq, operativlik, punktuallıq və kreativlik, - Komandada işləmək, təqdimatlar etmək və təhlil etmək bacarığı, - Analitik düşünmə bacarığı, Sosial mediada maksimal satış əldə etmək üçün foto və ya video seçmək bacarığı, - Eyni vaxtda bir neçə layihəni məhdud zaman çərçivəsində operativ yerinə yetirmək bacarığı, - Gündəmi izləmək, analiz etmək və yüksək araşdırma aparmaq qabiliyyəti,
Qeyd: Şirkət tərəfindən müvafiq təlimlər verildikdən sonra işə başlanılacaq. Sadəcə qadın namizədlərin CV ləri diqqətə alınacaq.
Əmək haqqı : Satışlardan bonus və Fix maaş(Üz-üzə danışıqlara əsasən qərar veriləcəkdir)
Vakansiya ilə maraqlanan namizədlər CV –ni aynur@bioderma-az.com elektron ünvanının mövzu bölməsində qeyd etməklə müraciət edə bilərlər.
|