Hüquqşünas
 
JOB TITLE: Hüquqşünas
EMPLOYER: 166 Yükdaşıma və Logistika DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-03-30 LAST UPDATED: N/A DEADLINE: 2021-04-29



Hüquqşünas

Vəzifə öhdəlikləri:

• Şirkətin məhkəmələrdə və digər dövlət idarə, müəssisə və təşkilatlarda, o cümlədən hüquq mühafizə orqanlarında təmsil edilməsi;
• Standart müqavilə formalarının hazırlanmasında iştirak edilməsi;
• Şirkətin mübahisələr üzrə iddia ərizələrinin, şikayətlərinin və digər sənədlərinin hazırlanması və məhkəməyə təqdim edilməsi;
• Şirkətin fəaliyyətini tənzimləyən bütün növ qərarların, əmr və sərəncamların, şirkətdaxili əsasnamə, prosedur, qayda və təlimatların hazırlanması və onlara hüquqi rəy verilməsi;
• Şöbəyə daxil olan hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması;
• Rəhbəri tərəfindən qoyulan hüquq fəaliyyətinə aid edilmiş digər bütün tapşırıqları vaxtında icra etmək.

Tələblər:

• Hüquq üzrə ali təhsil;
• Hüquq sahəsində 1-3 il iş təcrübəsi;
• Azərbaycan Respublikasının qanunvericiliyini mükəmməl səviyyədə bilməli;
• MS Office proqramlarından istifadə bacarığı;
• Azərbaycan dilini mükəmməl səviyyədə bilməli, rus dili arzuolunandır;
• Yüksək səviyyədə yazılı və şifahı ünsiyyət bacarığı;
• Stressə davamlı olmalı;
• Problemləri həlletmə bacarığı olmalı.

İş haqqında məlumat:

• İş yeri: Yeni Həyat Plaza, Z.Əliyeva küç 55;
• İş saatı: 09:00-18:00;
• Əmək haqqı: 500-700 AZN.

Tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər:
https://hr.166.az/vac/detail?vacancyId=99

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP