
“Ziraat Bank Azərbaycan” ASC İnformasiya Texnologiyaları Departamentinə Biznes analitik vəzifəsinə işə dəvət edir
Vəzifəyə olan tələblər:
• İnformasiya Texnologiyaları və ya oxşar ixtisas üzrə Bakalavr dərəcəsində ali təhsil; • Analitik təfəkkür və yüksək düşünmə qabiliyyəti; • Bank sektorunda minimum 3 il iş təcrübəsi; • IT analitik, Biznes analitik və ya oxşar sahədə iş təcrübəsi; • Komandada işləmək, individual qərarlar ala bilmək və stres altında işləyə bilmək bacarığı; • Biznesin tələblərini anlamaq; • Avtomatlaşdırılmış proseslərdə (Biznes, İT) iştirak etmiş olmaq; • Proqram təminatının təmin olunması prosesi haqqında biliklər; • Rus və İngilis dillərində yazışma və ünsiyyət səviyyəsində biliklər; • SQL, PL/SQL üzrə biliklər; • Funksional spesifikasiyanın yazılması və yaradılması; • Problem həll etmə bacarığı və analitik təfəkkür.
Əsas vəzifələr:
• Texniki tapşırıqların IT və digər əməkdaşlar ilə müzakirə edilməsi; • Tələblərin izlənilməsi; • Digər departamentin əməkdaşları üçün ilkin testlərin aparılması; • İnternet Bankçılıqda yeniliklərin tətbiq olunması; • Biznes tələblərinə görə hesabatların hazırlanması; • Yeni funksionallığın test olunması və tətbiq olunması; • Daxili bank sistemində lazımi konfiqurasiyaların aparılması; • Daim yeni texnologiyalar haqqında biliklərə sahib olması.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV formalarını Aprel ayının 30-dək cv@ziraatbank.az elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Biznes analitik” qeyd etməyiniz vacibdir.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
|