Ümumi şöbə - baş mütəxəssis
 
JOB TITLE: Ümumi şöbə - baş mütəxəssis
EMPLOYER: Azerbaijan Energy Regulatory Agency DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-03-31 LAST UPDATED: N/A DEADLINE: 2021-04-30

Enerji Məsələlərini Tənzimləmə Agentliyi

Ümumi şöbə - baş mütəxəssis

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

- Daxil olan sənədləri Elektron Sənəd Dövriyyəsi sisteminə daxil etmək və qeydiyyatını aparmaq;
- Daxil olan sənədlərin icrasının nəticəsi olaraq dərkənar müəllifinə məruzə olunan xidməti sənədlərin və xaricolmaların ekspertizasını aparmaq;
- Agentlikdə sənəd dövriyyəsinin operativ və optimal şəkildə təşkilini təmin etmək;
- Sənədlərin icra müddətinə nəzarətin həyata keçirilməsi ilə bağlı şöbə müdirinə təkliflər vermək;
- Aparatın ümumi nomenklatur-siyahısını tərtib etmək, tabe qurumlarda ümumi nomenklatur-siyahının hazırlanması zamanı metodiki tövsiyələr vermək;
- Agentliyə daxil olan sənədlərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada vaxtında və düzgün icrasına nəzarət etmək;
- Agentlikdə kargüzarlıq qaydalarına əməl edilməsi ilə bağlı monitorinqlərdə iştirak etmək və işin təşkili ilə bağlı təkliflər vermək;
- Agentliyə daxil olan sənədlərin icra vəziyyətinin monitorinqini aparmaq, aylıq, rüblük və illik hesabatların hazırlanmasını təmin etmək;
- Agentlikdə kargüzarlıq sisteminin təkmilləşdirilməsi üçün fəaliyyət istiqamətlərinə uyğun təkliflər vermək, təlimat və reqlamentiv sənədlər işləyib hazırlamaq, onların tətbiqini təşkil etmək;
- Arxiv işinin təşkili üzrə əsasnamə və təlimatların tərtib olunmasında iştirak etmək;
- Şöbənin fəaliyyətinə aid illik iş planlarının hazırlanması;
- Şöbənin fəaliyyətinə aid hesabatları tərtib etmək və rəhbərliyə təqdim etmək;
- Şöbəyə icraya daxil olan sənədlərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada araş¬dırılmasını, cavablandırılmasını və icrasını təmin etmək;
- Rəhbərliyin imzası ilə xaric olan və xidməti məktubların, sərəncamverici sənədlərin texniki, qrammatik və orfoqrafik redaktəsi.

TƏLƏBLƏR:

• Ali təhsil (Hüquq, beynəlxalq hüquq və s. müvafiq humanitar sahələr üzrə);
• Yaş həddi 27-40 aralığı;
• Müvafiq sahə üzrə azı 4 il iş stajı;
• Microsoft Word və Excel proqramlarında mükəmməl işləmə bacarığı;
• Operativlik, dəqiqlik və yüksək icraçı bacarığı;
• Azərbaycan dilinin qrammatikasını yüksək səviyyədə bilməli;
• Rus və ingilis dillərini bilməsi arzuolunandır;
• Dövlət strukturları üzrə kargüzarlıq işinin təşkili qaydalarını bilməli;
• Elektron sənəd dövriyyəsi proqramlarında iş təcrübəsi olmalı.

DİGƏR:

• Əmək haqqı müsahibənin nəticəsinə əsasən müəyyən olunacaqdır;
• İş qrafiki: 09:00 – 18:00 / nahar fasiləsi 13:00 – 14:00;
• İstirahət günləri: şənbə və bazar günləri;
• Vakansiya üzrə müraciətin son müddəti: 10 aprel 2021-ci il
• İş yerinin ünvanı: Bakı şəhəri, Heydər Əliyev pr. 152, Çinar Plaza

Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini foto ilə birlikdə vacancy@regulator.gov.az poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (Ümumi şöbə - BAŞ MÜTƏXƏSSİS) qeyd edin.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP