Mal-material uçotu üzrə mühasib
 
JOB TITLE: Mal-material uçotu üzrə mühasib
EMPLOYER: Company DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-03-31 LAST UPDATED: 2021-03-31 DEADLINE: 2021-04-15

Vəzifə: “Mal-material uçotu üzrə mühasib

Namizədə dair tələblər:

- Dil bilikləri: Azərbaycan dili - mükəmməl, rus dili - orta
- Ali təhsil; (Mühasibat və ya maliyyə ixtisası üzrə)
- Analoji sahədə ən azı 3 il iş təcrübəsi
- Vergi qanunvericiliyi, Beynəlxalq mühasibat uçotu standartları haqda bilgilərə sahib olmaq;
- MS Office (Word, Excel) və 1C 8.2 proqramlarını yüksək səviyyədə bilmək;
- Məsuliyyətli və işində dəqiq olmaq;
- Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı;
- Komandada işləmək bacarığı;
- Verilmiş tapşırıqları vaxtında icra etmək, problemləri operativ həll etmək bacarığına, yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq.

İşin təsviri:

- Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkili və onun icrasına nəzarət;
- Gündəlik olaraq aparılan mühasibat əməliyyatların müvafiq memorial orderlərə daxil edilməsi;
- Elektron qaimə, hesab-faktura, üzləşmə və təhvil-təslim aktlarının hazırlanması və şirkətə daxil olan alış sənədlərinin düzgünlüyünə nəzarət;
- Mal-materiallara dair alış sənədlərinin işlənməsini təmin etmək, mal-materialların qiymət və say göstəricilərinin alğı-satqı müqaviləsinə, təchizatçılara sifariş sənədlərinə uyğun olub-olmamasını yoxlamaq, uyğunsuzluq halları aşkar olunduqda, onların aradan qaldırılması tələb və təmin etmək;
- Müəssisəyə məxsus olan mal-materialların, əsas vəsaitlərin hərəkətinə nəzarət etmək, onların Beynəlxalq Mühasibat Uçotu Standartlarına uyğun uçotunun təmin edilməsi;
- Əsas vəsaitlərin, mal-materialların inventarizasiyası prosesində fəal iştirak etmək, inventarizasiya üzrə cədvəllərdə uçot və faktiki miqdar-məbləğ olmaqla, habelə kənarlaşma miqdarı və məbləğini hesablanmasının həyata keçirilməsi;
- Müəssisənin nümayəndəliklərində mal-materiala və əsas vəsaitlərə cavabdeh olacaq maddi-məsul şəxslərin təyin edilməsi və müəyyən dövr ərzində nümayəndəliklərdən mal-material və əsas vəsaitlərin inventarizasiyasını tələb etmək;
- Mal-materialların alışı, yerdəyişməsi, nümayəndəliklərə göndərilməsi və silinməsi ilə bağlı sənədləşmə işlərinin Maliyyə Nazirliyinin normativ hüquqi aktlarına uyğun şəkildə tərtib edilməsinə nəzarət etmək və mühasibat uçotu standartlarına uyğun şəkildə mal-material uçotunda əks olunması;
- Əsas vəsaitlərin uçotunun aparılması, amortizasiya hesablanması, xalis balans dəyərinin müəyyən edilməsi və bu əməliyyatlarının proqram təminatında əks olunması;
- Şöbə müdiri və rəhbərlik tərəfindən mühasibatlığa dair verilən digər tapşırıqları icra etmək;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV formalarını Aprel ayının 14-dək cv@gikm.az elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Mal-material uçotu üzrə mühasib” qeyd etməyiniz vacibdir.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP