Elektrik montyoru
 
JOB TITLE: Elektrik montyoru
EMPLOYER: Oil and Gas Company DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-03-31 LAST UPDATED: N/A DEADLINE: 2021-04-30

Vakant vəzifə / vacant position: Elektrik montyoru

 

İş rejimi / working hours: Gündüz
Tabelilik / reports to: Sahə rəisi

İşə başlama tarixi / Starting date: 10.04.2021

Vəzifə öhdəlikləri / responsibilities:

- Gərginliyi 10 KV-a qədər olan müxtəlif tipli alçaq və yüksək gərginlikli elektrik maşın və aparatlarını sökmək, təmir etmək, yığmaq, quraşdırmaq və sazlamaq.
- Böyük güclü 6 kV gərginlikli sinxron və asinxron elektrik mühərriklərinin təmiri.
- Elektrik mühərriklərinin yan qapaqlarının açılması.
- Elektrik mühərrikinin rotorunundan xüsusi tərtibatla yastıqların çıxardılması.
- Rotorun statordan çıxardılması, torna dəzgahında zədələnmiş yastıq oturan hissəsinin qaynaq etməklə bərpasından sonra yeni yastıqların qızdırıcı tərtibatdan istfadə etməklə vala oturdurulması.
- Stator dolaqlarının yanmış hissəsinin pazlardan çıxardılması və yeni dolaqların pazlara oturdulması, klinlərlə bərkidilməsi və laklanması.
- Statorun dolaqlarının çıxışlarının zədələnmiş ucluqlarının sökülməsi və yeni ucluqların lehimlənməsi.
- Rotoru mexanizmlər vasitəsi ilə statora daxil edilməsi və yan qapaqların yerinə bağlanması.
- Stator dolaqlarının çıxış hissəsində kabelə birləşən qutuda kabellərin birləşməsinin yoxlanılması.
- Elektrik mühərrikinin və kabellərin izolyasiyasının yoxlanması.
- Sürüşkən yastıqlı elektrik mühərriklərində yastıqların qapaqlarının açılması təftişi, bərpası və quraşdırılma zamanı ara məsafəsinin -düzgün seçilməsi, yastığın vala düzgün yerləşdirilməsi.
- Yastıq yerləşən yağ karterlərinin yuyulması, kipliklərin bərpası, təzə yağın doldurulması.
- Faz rotolu elektrik mühərriklərində fırça-həlqə sisteminin yoxlanması, fırça və fırça tutacaqlarının təftişi, yeyilmiş fırçaların dəyişdirilməsi.
- Kontakt həlqəsinin kontakt səthinin bərpa olunması.
- Vibrasiyaların ölçülməsi, aradan qaldırılması və mərkəzləşdirilməsi
- Mühəndis-texniki heyətin nəzarəti altında elektrik maşınlarını sınaqdan keçirmək və yoxlamaq üçün işə salmaq. İş yerlərini təmiz saxlamaq, iş prosesi zamanı təhlükəsizlik qaydalarına əməl etməklə, görülən işləri keyfiyyətlə yerinə yetirmək və tullantıların idarəedilməsi proseduruna ( EİP 02/10 ) riayət etməklə ətraf mühitin çirklənməsinin qarşısını almaq.

Interested candidates should send their CVs noting their salary expectation to recruitment@ires.az indicating the title of position in the subject line of their message.
Otherwise your candidacy will not be considered.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP