
MKT-İK MMC (Pambıq müəssisəsi) Regional baş nəqliyyat mexaniki vakansiyasına işçi axtarır.
Vəzifə funksiyaları
1. “MKT-İK” MMC-nin Regionlarda yerləşən filialların nəqliyyat şöbəsinə rəhbərlik edir; 2. Kənd təsərrüfatı texnikasının və digər nəqliyyat vasitələrinin fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini təmin edir, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasının təmin olunmasına nəzarət edir; 3. Rəhbərlik etdiyi bölgədə kənd təsərrüfatı texnikasının və digər nəqliyyat vasitələrinin təmiri üçün lazım olan ehtiyyat hissələrini bölgüsünü həyata keçirir; 4. Mexanizasiya idarəsi tərəfindən tətbiq edilən bütün daxili təlimatların, prosedurların və normativ aktların yerlərdə icra edilməsini təmin edir və sonrakı dövrlərdə bu işə nəzarət edir; 5. Bölgə üzrə mexanizatorların, kənd təsərrüfatı texnikasının,qoşqu və aqreqatların iş yükünə görə bölgüsünü həyata keçirir; 6. Təmirarası xidməti, təmirin vaxtında və keyfiyyətlə keçirilməsini, avadanlığın modernləşdirilməsinə texniki nəzarəti təşkil edir; 7. Təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət edilməsini təmin edir; 8. Avadanlıqların işini yaxşılaşdıran səmərələşdirici təkliflərə rəy verir, onların tətbiqinə kömək edir; 9. Təmir işlərinin ardıcıllığını planlaşdırır;
Tələblər
• Müvafiq sahədə ali təhsil; • Kənd təsərrüfatı texnikasının və digər nəqliyyat vasitələrinin texniki xarakteristikasını, konstruktiv xüsusiyyətlərini, iş rejimini, onların istismar qaydalarını və təmir metodlarını bilməlidir; • Müvafiq sahədə 5 illik iş təcrübəsi; • Əməyin mühafizəsi,təhlükəsizlik texnikası, yanğından mühafizənin qayda və normalarını bilməlidir; • Regionlarda işləyə bilmək.
Müraciət qaydaları: CV –ni Azərbaycan dilində hr@mktcotton.com elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Regional baş nəqliyyat mexaniki” yazmaqla müraciət edilir.
|