Elektronçu
 
JOB TITLE: Elektronçu
EMPLOYER: MSDIS Holding DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-03-31 LAST UPDATED: 2021-04-08 DEADLINE: 2021-04-30

MSDIS Holding, 2020-ci ilin iyun ayından fəaliyyət göstərir. İnşaat, istehsalat və yanacaq doldurma şirkəti olaraq tanınır. MSDIS Holding-in əsas məqsədi tikinti və istehsal sektorunda lider olmaqdır. Davamlı ortaqlıqlar qurmaq, yeni uğurlu layihələri həyata keçirmək və yüksək keyfiyyətli xammal istehsal etmək şirkəti gələcək hədəflərə aparan əsas missiyasıdır.

Şirkət: MSDIS Holding
Vakansiyanın adı: Elektronika mühəndisi (Elektronçu)

Vəzifə öhdəlikləri:

- “İnvertor” sistemilə işləyən istehsalat avadanlıqlarının təmiri və diaqnostikası;
- Avadanlığın motoru ilə “İnvertor” sistemi arasında əlaqənin tənzimlənməsi;
- İnvertor sisteminin parametrlərinin tənzimlənməsi və istismarı;
- Elektron avadanlıqların texniki vəziyyətinin yoxlanmasında iştirak, modul və komponent səviyyəsində təmiri;
- Elektron avadanlıqların istifadə qaydası üzrə təlimatların hazırlanması;
- Avadanlığın elektron elementlərinin parametrlərinə və möhkəmliyinə nəzarət edir, zədələri vaxtında üzə çıxarmaq məqsədi ilə test üzrə yoxlamalar aparılması və onların təmir edilməsi;
- İstismarda olan elektron dəzgahlara texniki xidmətin göstərilməsi;
- Aşkar olunmuş nasazlıqların aradan qaldırılması;
- Elektrik işlərinin normativ qaydalara müvafiq və düzgün aparılmasına nəzarət;

Tələblər:

- Müvafiq sahədə təhsil arzuolunandır (radioelektronika, elektron avadanlıqlarının təmiri);
- Müvafiq sahə üzrə istehsalatda, sənayedə 1 ildən artıq təcrübəsi;
- Elektron avadanlıqların sxemlərini oxuma bacarığı (arzuolunandır);
- Dövrə sxemlərini oxumağı bacarmalıdır;
- Elektronikanı və avtomatikanın əsaslarını bilməlidir;
- Sənaye avadanlıqlarının ana platalarında yaranan problemləri həll etməlidir;
- Yüksək məsuliyyət, diqqət, öyrənmə qabiliyyəti yüksək;
- Dürüstlük, komandada işləmə bacarığı.

İş şəraiti:

- Təcrübə: 1-3 il
- İş qrafiki: 6 günlük
- Əmək haqqı: 800-1200 AZN (müsahibə əsasında təyin olunur)
- İş yeri: Binəqədi rayonu

Maraqlanan namizədlər öz CV-lərini emailin mövzu hissəsində "Elektronika mühəndisi" qeyd edərək cv@msdisholding.az e-ünvanına göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP