UX/UI Dizayner
 
JOB TITLE: UX/UI Dizayner
EMPLOYER: Unibank DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-03-31 LAST UPDATED: N/A DEADLINE: 2021-04-30

Şirkətin adı: Unibank KB
Yerləşmə: Bakı
Sektor: Bank/Digital Banking
Vəzifə : UX/UI Dizayner
Müqavilə şərtləri: Daimi

Bank haqqında

Unibank – Azərbaycanın 1992-ci ilin avqust ayında, ilkin olaraq MBank adı altında, təsis edilmiş ən iri özəl banklarından biridir. MBank ilə Azərbaycanın aparıcı banklarından biri olan PROMTEXBANK-ın birləşməsindən sonra, onun adı 2002-ci ilin oktyabr ayının 15-də Unibank-a dəyişdirilmişdir. 2003-cü ildə Bankın kapitalına Avropa Yenidənqurma və İnkişaf Bankı, 2005-ci ildə isə DEG – Alman sərmayə korporasiyası qoşulmuşlar.

Müştəri yönümlü bank olaraq biz, müxtəlif regionlarda müştərilərin tələbatını nəzərə alırıq və qlobal xarakter daşıyan, eyni zamanda lokal bazarlar üçün adaptasiya olunmuş məhsullar və xidmətlər təqdim edirik. Bu zaman biz yüksək etik standartlara və sosial məsuliyyət prinsipinə ciddi riayət edirik. Təsadüfi deyil ki, bugün Unibank maliyyə bazarında layiqli nüfuz əldə etmişidir.
Fəaliyyətimizin başlıca prioriteti kimi müştərilərin tələblərinə xüsusi diqqət ayırmaqla bərabər, biz həmçinin əməkdaşlarımızın qayğısına qalırıq, çünki onlar strategiyamızın müvəffəqiyyətlə həyata keçirilməsində aparıcı rol oynayırlar. Məhz buna görə də, bir İşəgötürən kimi bizim üçün sosial dəyərlər işə götürmə zamanı olduqca mühüm amildir. Bizim baza dəyərlərimizə (birlik, açıqlıq, etibarlılıq) müvafiq olaraq, biz cari və gələcək biznes-məqsədlərin həyata keçirilməsi üçün əməkdaşlarımızın, inkişafını təmin etməyə çalışırıq. İnkişaf strategiyasının həyata keçirilməsi məqsədilə, Unibank, bankın imici və təqdim edilən məhsullar və xidmətlərin keyfiyyəti üçün məsuliyyəti dərk edən loyal əməkdaşlar axtarışındadır.

Başlıca öhdəliklər və məsuliyyətlər

• UI Kit və təlimatlar əsasında daxili interfeyslərin hazırlanması;
• Mobil tətbiqetmələrin təsdiq olunmuş üslubda dizaynın inkişafı;
• Mobil cihazlar üçün responsivliyin uyğunlaşdırılması;
• Tətbiq dizaynının müxtəlif cihaz ölçüləri üçün uyğunlaşdırılması;
• Mövcud illustrasiya və ikonların yeni üsluba uyğunlaşdırılması;
• Layihə rəhbərliyinə, layihə çərçivəsində kömək və dəstək göstərmək;
• Layihələrin konseptual tədqiqatında iştirak;

Namizədin Profili

• Rəqəmsal sahə bilikləri;
• Adobe Photoshop və Adobe Illustrator ilə sərbəst işləmək bacarığı;
• Figma ilə sərbəst işləmək bacarığı;
• Apple Human Interface və Material Design təlimatları ilə işləmə təcrübə;
• HTML, CSS proqramlaşdırma dilləri ilə praktiki tanışlıq;
• Bootstrap 4 framework-unun işləmə prinsipləri biliyi;
• Azərbaycan və Rus dillərində sərbəst danışıq bacarığı (ingilis dilini bilmək arzu olunandır);
• Yeni məlumatları sürətlə qavramaq istək və bacarığı;
• Daima üzərində çalışmaq və inkişaf etmək istəyi;
• Stressə davamlılıq;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini cv@unibank.az elektron ünvanına göndərə bilər (vəzifənin adını email-ın mövzu hissəsində (UX/UI Dizayner) göstərməyiniz xahiş olunur)

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP