Şəxsi inkişaf üzrə təlimçilər
 
JOB TITLE: Şəxsi inkişaf üzrə təlimçilər
EMPLOYER: 10LINE Azerbaijan DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-03-31 LAST UPDATED: N/A DEADLINE: 2021-04-30

Şirkət haqqında: “10Line Azerbaijan MMC” şirkəti nəzdində yaradılmış “Online Azerbaijan” layihəsi fərqli sahələr üzrə video-dərsliklərin çəkilişi və Şirkətin özünə məxsus saytında yerləşdirilməsi ilə məşğuldur. Üstünlüyümüz – keyfiyyətimizdir. Tədris proqramları hər keçirilən sahəyə görə individualdır. Bizim layihəmiz sayəsində biliklər qazanmaq arzusunda olanlar, təlimçilərimizin köməyi ilə istəklərinə tez bir zamanda çata biləcəklər.

Vakansiyanı yönləndirən şirkətin adı: Online Azerbaijan
Vakansiyanın adı: Şəxsi inkişaf üzrə təlimçilər/Инструкторы по личному развитию/ Self-development trainer
Ətraflı: Online Azerbaijan Iayihəsi şəxsi inkişafa təkan verən sahələr üzrə təlimçilərin axtarışındadır. Bizə maraqlı olan istiqamətlər aşağıdakılardır:

- Nitq mədəniyyəti
- Etika və estetika qanunları
- Biznes etikası
- Danışıq etikası
- Liderlik bacarığı
- Psixologiya
- Sağlam həyat tərzi
- Ailə kodeksi
- Vətəndaş hüquqlarının öyrədilməsi
- Tullantıların təkrar emalı və təbiətin qorunması
- Biznesin düzgün idarə olunması, biznesdə qanunlar
- Motivasiya və özünə inam üzrə təlimlər

Sizdə bu istiqamət üzrə öz əlavələrinizi edə bilərsiniz.

Təlimçiyə olan tələblər:

- Tədris sahəsində yüksək səviyyədə biliklərin olması;
- Tədris sahəsi üzrə müəllimlik təcrübəsinin olması mütləqdir;
- Tədris planının olması mütləqdir və ən vacib tələblərdən biridir;
- Tədris prossesinə fərqli metodika ilə kreativ yanaşma;
- Mükəmməl nitq qabiliyyəti və səliqəli xarici görünüş;
- Punktuallıq, çəkiliş prosessinə ciddi və məsuliyyətli yanaşma;
- Tədris olunan sahə üzrə ali təhsilin olması arzuolunandır;

Təkliflərimiz:

- Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
- Çəkiliş üçün hər cür şəraitin yaradılması (çəkiliş prossesi şirkətimizin studiyasında həyata keçirilir);
- Təlimçi ilə danışıldıqdan sonra uyğun çəkiliş cədvəlinin təyin olunması;
- Müəllimlik sahəsində əvəzolunmaz təcrübənin qazanılması;
- Əlavə yüksək gəlir mənbəyi əldə etmək şansı;
- Səmimi peşəkar komanda ilə işləmək imkanı;

Əmək haqqı müsahibə nəticəsində təyin olunur. Müsahibə zamanı sizə kompaniyamız tərəfindən training keçiriləcək, həmçinin test çəkilişi də baş tutacaq. Məhz buna görə, zəhmət olmasa ofisimizə gələrkən hazırlıqlı olun (tədris planınızla birgə yaxınlaşın).
Əgər Siz də komandamızın bir hissəsi olmaq istəyirsinizsə, xahiş olunur öz ərizə formalarınızı (CV), seçdiyiniz vakansiyanı mövzu yerində qeyd edib aşağıdakı ünvana göndərəsiniz: vacancy@ola.az

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP