
“Ziraat Bank Azərbaycan” ASC Daxili Nəzarət və Komplayens departamentinə Aparıcı mütəxəssis/Mütəxəssis vəzifələrinə işə dəvət edir
Vəzifəyə olan tələblər:
• İqtisadi və ya riyazi kibernetika sahəsində təhsil; • Analitik qabiliyyət (yoxlama ssenariləri yaza biləcək səviyyədə); • MS Office, əsasən MS Excel (bilik səviyyəsini təsdiq edən sertifikat təqdim olunmaqla), SQL bilikləri; • Dil biliyi səviyyəsi: Türk dili – yaxşı, İngilis dili – orta.
Vəzifə öhdəlikləri:
• Departamentə aid iş axışlarının qurulması və onların icrasında iştirak edilməsi; • Departamentə aid hesabatlıq işinin təkmilləşdirilməsi və icrasında iştirak edilməsi; • Departamentə aid siyasət, qayda və iş axışları haqqında Bank işçilərinin məlumatlandırılması və müvafiq təlimlərin verilməsi; • Öz funksiyalarının həyata keçirilməsi prosesində Bankın daxili strukturlarının maraqlar münaqişəsi hallarının aşkar edilməsi; • Aidiyyatı siyasət və daxili qaydaların layihələrinin, onlara əlavə və dəyişikliklərin icrasının təşkil edilməsi; • Daxili nəzarət sisteminin effektivliyi və uyğunluğunun yoxlanılması, həmçinin qiymətləndirilməsində iştirak edilməsi.
Göstərilən tələblərə cavab verən namizədlər Aprel ayının 30-dək öz CV formalarını cv@ziraatbank.az elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Daxili Nəzarət və Komplayens” qeyd etməyiniz vacibdir.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
|