Operations Manager (Hotel)
 
JOB TITLE: Operations Manager (Hotel)
EMPLOYER: Resant Group DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-04-01 LAST UPDATED: N/A DEADLINE: 2021-05-01

Operations Manager (Hotel)

Vəzifə öhdəlikləri:

• Rəhbərliyin tapşırıqlarının yerinə yetirilməsini təşkil edir;
• Rəhbərlik etdiyi fəaliyyət sahəsinin struktur bölmələri və ya işçiləri arasında iş bölgüsünü aparır;
• Həmin bölmələrin rəhbərləri ilə birgə sahənin fəaliyyət dairəsinə aid olan məsələləri müzakirə edir, onların həll edilməsi üçün tapşırıqlar verir;
• Əməliyyat siyasəti və prosedurlarını hazırlayıb, tətbiq edib və nəzərdən keçirdir;
• Struktur bölmələrin işinə nəzarət edir, onlardan verilən tapşırıqları vaxtlı-vaxtında yerinə yetirmələrini tələb edir;
• Tabeliyində olan işçilərdən müəssisə-daxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsini tələb edir;
• Büdcə tərtibinə, hesabat verməyə, planlaşdırmaya və auditə nəzarət edir;
• Otelin davamlı idarəolunmasını idarə etmək, gəlirin və qonaqların razılığını təmin etmək üçün hədəflərin yerinə yetirilməsini və aşılmasını təmin edir.

Namizədə bağlı tələblər:

• Planlama qabiliyyəti;
• Yüksək təşkilatçılıq bacarığı;
• Azərbaycan, Rus, İnglis dillərini əla səviyyədə bilməli;
• Otel sahəsində ən azı 5 il iş təcrübəsi;

İş Şəraiti:

• İş vaxtı: həftədə 6 gün;
• Nahar şirkət tərəfindən verilir;
• Əmək haqqı namizədin təcrübəsindən asılı olaraq müsahibə zamanı təyin ediləcəkdir.

Maraqlanan namizədlər mövzu yerində “Operations Manager (Hotel)” yazmaqla öz CV-lərini hr@resantgroup.az ünvanına göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP