Sığorta üzrə satış mütəxəssisi
 
JOB TITLE: Sığorta üzrə satış mütəxəssisi
EMPLOYER: Odlar Yurdu Sığorta Brokeri DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-04-01 LAST UPDATED: N/A DEADLINE: 2021-05-01

“Odlar Yurdu” Sığorta Brokeri MMC namizədləri “Sığorta üzrə satış mütəxəssisi” vəzifəsinə müraciət etməklə gənc və kreativ komandanın üzvü olmağa dəvət edir:

Namizədə tələblər:

• Yaş: 20 – 45
• Cinsi: Qadın
• Təhsil: Natamam Ali və ya Ali
• İş təcrübəsi : 1-3 il sığorta sahəsində
• Dil və İT bilikləri : Azərbaycan dili - sərbəst, rus dili - ortadan bir gədər yüksək; MS Office

Kompetensiyalar:

• Səbrlə dinləyə bilən, stresə davamlı
• Məlumatı toplamaq və təhlil etmək bacarığı
• Diqqətli, fikirlərini aydın izah edən
• Konfliktlərin/stresin idarə edilməsi

Vəzifənin öhdəlikləri:

- Baş vermiş hadisələr və sığorta ödənişləri barədə zəruri olan şöbələrə məlumatların mail vasitəsilə yazılması və ya məlumatların alınması;
- Sığorta hadisəsi ilə bağlı şöbəyə daxil olan zənglərin cavablandırılması, lazımi məlumatların verilməsi
- Müştərinin tələbinə uyğun olan sığorta məhsullunun və müştəri haqqında olan informasiyanın və məlumatların müvafiq baza sisteminə daxil edilməsi.

İş şərtləri:

• Əmək müqaviləsi bağlanılır
• İş qrafiki: həftənin 5 günü
• Əmək haqqı : 300 AZN +bonuslar
• İş vaxtı 09:30 - 18:30
• Ünvan: Xətai r-nu, Nobel pr. 15, Azure Biznes Mərkəzinin 23-cü mərtəbəsi, 159 otaq

Vakansiya üçün müraciət qaydası cv-lər “Sığorta üzrə satış mütəxəssisi” mövzusu ilə cv@oys.az elektron ünvanına göndərilməlidir.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP