“Odlar Yurdu Sığorta Brokeri” MMC- SMM Menecer vəzifəsi üçün vakansiya elan edir.
Öhdəliklər:
• Təklif olunan məhsulun və ya xidmətin tanıtımı (Brendləşməsi); • Sığorta bazarı, auditoriya və rəqiblərinin analizi; • Mövzuya uyğun olaraq, yüksək keyfiyyətdə cəlbedici kontentin (mətn, foto və video) hazırlanması və ya seçilməsi; • Hazırlanmış kontentin web-sayt, sosial media və blog-a yerləşdirilməsi; • Kontentin yerləşdirildiyi yerlərdə (web-sayt, sosial media və blog) istifadəçilərlə qarşılıqlı əlaqənin (user interaction) inkişaf etdirilməsi üçün 100% cavablandırmanın təmin edilməsi; • Kontentin inkişaf etdirilməsində daima yeni ideyaların təklifi və kifayət qədər sərbəst işləmə bacarığı; • PR-cəmiyyətlə əlaqə quran piarın təşkil edilməsi; • Şirkətə məxsus sayt və sosial media vasitələri izləyicilərinin artırılması Tələblər:
• Ali təhsil; • Social Media Marketing (SMM) sahəsində iş təcrübəsi; • Qrafik dizayn qabiliyyəti (Photoshop, Illustrator və CorelDRAW); • Əla səviyyədə Azərbaycan dili biliyi, rus dili arzu olunandır; • "Copywriting" qabiliyyəti; • Sosial şəbəkələrdə maksimal "interaction" əldə etmək üçün düzgün foto və video seçmək qabiliyyəti; • Enerjili, punktual, məsuliyyətli, kreativ, ünsiyyətcil və işinə qarşı həvəsli; • Komandada işləmək qabiliyyəti
İş şərtləri:
• İş qrafiki bazar ertəsi və cümə günləri, saat 09:00 - 18:00 • Əmək haqqı müsahibə zamanı namizədin bilik və təcrübəsi əsasında təyin olunacaq; • Ünvan: Xətai r-nu, Nobel pr. 15, Azure Biznes Mərkəzinin 23-cü mərtəbəsi, 159 otaq
Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini cv@oys.az mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “SMM Menecer” qeyd etmələri xahiş olunur.
|