Maliyyəçi-mühasib
 
JOB TITLE: Maliyyəçi-mühasib
EMPLOYER: Abşeron Konteyner DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-04-02 LAST UPDATED: N/A DEADLINE: 2021-04-15

Abşeron Konteyner” MMC Maliyyəçi-mühasib vəzifəsi üzrə vakansiya elan edir.

Müasir texnologiyalarla zəngin əməliyyat qabiliyyəti, güclü infrastruktur qurğuları və zamanın tələbinə uyğun yüksək xidmət keyfiyyəti ilə təchiz edilmiş təhlükəsiz dəstəyi təmin edən peşəkar komandamız müəssisənin əsas kapitalı hesab olunur. Müəssisənin gələcək uğurlarına şərik olmaq istəyən peşəkarları komandamıza dəvət edirik.

Ümumi vəzifə öhdəlikləri:

• Dəmir yolları, beynəxlaq daşıma əməliyyatlarından, logistika sahəsində vergi güzəşti və cərimələrdən məlumatlı olmaq;
• 1C sistemində işləmək;
• Məktubların yazılması və cavablandırıması;
• Kameral yoxlamanın icrası;
• Hesab-fakturaların kəsilməsi, əmək haqqı hesablanması, məzuniyyət, ezamiyyət rəsmiləşdirilməsi;
• Debitorlar və kreditorlar üzrə analitik uçotun aparılması,
• E-qaimələrin yazılması, müştərilələrlə üzləşmə aktların hazırlanması;
• Kassa əməliyyatlarının aparılması;
• Vergi, statistika və DSMF hesabatların hazırlanması və göndərilməsi;
• E-gov.az və e-taxes.gov.az da müvafiq sənədləri işləmək;
• Bank Əməliyyatının həyata keçirilməsi, qaimə və vergi hesab fakturalarının yazılması, arşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
• Aylıq hesablama metodu ilə rəhbərliyə hesabatların təqdim edilməsi (balans, nağd pul vəsaitlərinin hərəkəti, mənfəət zərər, yaşlanmış debitorlar);
• Əmək haqqı 1200 AZN-dir.

Namizədə qarşı tələblər:

• Ali iqtisadi təhsill (Maliyyə, Mühasibat uçotu və audit və s.);
• Logistika sahəsində 3-5 illik iş təcrübəsi;
• Dil bilikləri: Azərbaycan və Rus dilləri (əla);
• Mühasibatlıqla bağlı yerli qanunvericiliyi, vergi məcəlləsini bilməli;
• E-gov.az və e-taxes.gov.az da işləmək bacarığı;
• Kompüter bilikləri: MS Office (Word, Excel, Outlook) proqramlarını yaxşı səviyyədə bilmək;
• Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
• Analitik qabiliyyətə, təqdim etmə bacarıqlarına malik olmaq;
• Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
• Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
• Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı;
• Yaş həddi: 25-50 yaş.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini cv@absheronport.az elektron ünvanına göndərə bilərlər. CV-lərin qəbulu üçün son tarix 14 aprel 2021-ci il tarixidir.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Maliyyəçi-mühasib” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətçilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP