
“Azconstruction”QSC İnşaat Memarı vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
• Layihələndirilən obyektə dair tələblərin müəyyən edilməsi; • Obyektə ilkin baxış və ölçu vərəqəsində qeyd etməklə ölçü işlərinin aparılması; • Yaşayış binalarının eskiz və işçi layihələrinin hazırlanması, tikinti sahəsində işə tam nəzarət edilməsi; • İlkin eskizin/cizginin əl ilə və yaxud müvafiq kompüter proqramları vasitəsilə hazırlanmasının təmin olunması; • İlkin eskiz/cizgini baş memar və ya aidiyyəti şəxslərlə müzakirə olunması və razılaşdırılması; • Memarlıq və mühəndis cizgilərdən ibarət olan layihə paketinin tərtib olunmasında və hazırlanmasında bilavasitə iştirak olunması; • Layihələndirilən obyektlərin tikintisinə müəllif nəzarətinin təmin edilməsi; • Aylıq smetaların hazırlanması; • Tərtib etdiyi işçi layihənin ekspertizası və təsdiq edilmə mərhələsində müvafiq dövlət orqanlarında müdafiəsi, eləcə də bunun üçün zəruri olan nümayiş materiallarının (maketlər, elektron versiyalı prezentasiya materialları) hazırlanması.
Vəzifəyə dair tələblər:
• Müvafiq sahədə ali təhsil (İnşaat mühəndisliyi); • Müvafiq sahədə 3 ildən çox iş təcrübəsi (tikinti şirkətlərində iş təcrübəsinin olması üstünlük təşkil edəcək); • AutoCAD və aidiyyəti üzrə kompüter proqramları ilə işləmək bacarığı; • Əllə eskizləri çəkmək bacarığı; • Məsuliyyətli, dəqiq və işini vaxtında, keyfiyyətli təhvil verilməsi; • Tikintinin layihələndirilməsində mühəndis və digər aidiyyəti şəxslərlə birgə işləmək bacarığı; • müstəqil və ya komanda daxilində işləmək bacarığı; • Fikrini detallar üzərində cəmləşdirmək və bir necə işi eyni zamanda aparmaq bacarığı.
Digər məlumat:
• Altıgünlük iş qrafiki. • Əməkhaqqı: namizədin bilik və bacarıqlarına uyğun olaraq müəyyən olunacaq.
CV-lərinizi hr@azcon.az ünvanına “İnşaat memarı” başlığı ilə göndərməyiniz xahiş olunur.
|