
Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən “Agro Dairy” MMC “Kiçik Mexanik” vəzifəsinə işə qəbul elan edir.
Tələblər
- Kənd təsərrüfatı və yaxud tikinti texnikası üzrə kollec və ya Ali təhsil. - Elektrik sistemləri, hidravlika və dizel / benzin yanacağı injeksiya sistemləri barədə ümumi biliklər - Mexanik və ya operator kimi minimum 3 il iş təcrübəsi - Sürücülük vəsiqəsi - İngilis dili biliyi (pre-intermediate) - Adi iş saatlarından kənar vaxtda çətin şəraitdə işləməsi gözlənilir. - Ofis mühiti və açıq məkanlarda işləmək bacarığı
Vəzifə öhdəlikləri
- Qaraj Supervayzerinin verdiyi gündəlik / həftəlik iş yükünü icra edir, həm xüsusi qarajda, həm də ərazidə tələb olunan əlavə tapşırıqları və müəyyənləşdirilmiş işləri yerinə yetirir; - Qarşıdan gələn əməliyyatlar üçün (məhsula/şəraitə uyğunlaşdırılmaq üçün aparılan kalibrləmə işləri də daxil olmaqla) tələb olunan hissələri hazırlayır və texnikanın texniki xidmət planını yerinə yetirir; - Elektron və ya kağız nüsxəli kataloqlardan istifadə etməklə tələb olunan ehtiyat hissələrini müəyyən edir və ehtiyat hissələrinin anbardan buraxılması üçün onları emalatxana briqadirinə / anbar departamentlərinə təqdim edir. Ehtiyat hissələrini iş / avadanlıq üzrə yerləşdirir; - İş kartlarını vaxtında doldurmaqla ehtiyat hissələrinin, əlavə işlərin və sonrakı tələb olunan işlərin tam şəkildə sənədləşdirilməsini təmin edir; - Səyyar texnikanın və nəqliyyat vasitələrinin hissələrinin anbarda ehtiyata yığılması prosesinə dəstək verir; - Avadanlıqlardakı problemlər və ya xidmət qrafiki ilə bağlı məlumat əldə etmək üçün operatorlarla əlaqə saxlayır və 24 saat operator ilə prosesi izləyir; - İşlək və qeyri-işlək rejimdə olarkən texnikanın vəziyyətini izləyir və müvafiq departamentlərə məlumat verir, müştərək qovluqdakı texnika barədə məlumatlara nəzər yetirir; - Mövcud proqram təminatı vasitəsilə və emalatxana briqadirinin təqdim etdiyi məlumat əsasında texnikanın istismar göstəricilərini və texniki xidmətini monitorinq edir; - Səyyar texnikanın şirkətin qaydalarına uyğun fəaliyyət göstərməsini təmin etmək üçün alternativ həllər axtarmaq; - Məhsul yığımından sonra texnika barədə hesabatın hazırlanmasına yardım etməklə səyyar texnikadakı problemli sahələri müəyyənləşdirir. Tələb olunan hissələrin və xidmətlərin siyahısını vaxtında hazırlayır; - Həm kağız nüsxədə, həm də texnikada olan “növbəti xidmət haqqında məlumat” talonlarında texniki xidmət barədə qeydlər aparır; - Öz cavabdehliyində olan qeyri-işlək texnika və nəqliyyat vasitələri barədə həftəlik hesabatları yeniləyir və təqdim edir; - Bütün qaraj sahələrinin təmizliyinə, saz vəziyyətdə saxlanılmasına və SƏTƏM tələblərinə uyğun olmasına cavabdeh olur;
Əlavə məlumat
- İş yeri – Hacıqabul
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini cv@agrodairy.az elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Kiçik Mexanik” şəklində göstərməyiniz xahiş olunur.
|