 Kapital Bank namizədləri Pərakəndə satış idarəsinin Pərakəndə Satış Departamentinin Rəqəmsal Satış şöbəsinin mütəxəssisi/aparıcı mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər:
• Bank sahəsində yeni ideya və texnologiyaları araşdırmaq və təkliflər formalaşdırmaq; • Ölkə daxili və xarici bazarların araşdırılması və dayanıqlı rəqəmsal məhsullar üzrə təkliflər hazırlanması; • Satış və xidmət proseslərinin rəqəmsallaşdırılması üzrə təkliflər hazırlamaq; • Yeni satış texnikalarının və kanallarının formalaşdırılması; • Təklif və istəklərin toplanaraq aidiyyəti strukturlarla müzakirə edilməsi.
Tələblər:
• Ali təhsil; • CRM sistemləri, Avtomatlaşdırılmış bank sistemləri, BPM sistemləri ilə iş təcrübəsi (arzuolunan); • Proqramlaşdırma dilləri, sorğu dilləri (sql), Web servis üzrə anlayışa malik olmaq (arzuolunan); • Agile (Scrum) metodologiyası və blok sxemlər (BPMN) üzrə biliklərə sahib olmaq (arzuolunan); • Səlis Azərbaycan dili, (Rus dili və İngilis dili arzuolunandır); • Microsoft Office proqramları üzrə biliklər; • Məsuliyyətlilik, dəqiqlik və operativlik; • Təzyiq altında işləmə qabiliyyəti; • Güclü təhlil və riyazi biliklər; • Təqdimat bacarıqları; • Qərar qəbuletmə bacarığı; • Ünsiyyətcil və kollektivdə işləmə bacarığı; • Bank və ya online satış sahəsində təcrübə arzuolunandır.
Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyatdan keçərək, vakansiyamıza müraciət edə bilərsiniz.
|