Vəzifə: İnformasiya texnologiyaları üzrə menecer
Vəzifə öhdəlikləri:
• Cəmiyyətin İT infrastruktur komponentlərinə dəstək verən qrup daxilində çalışmaq; • İT infrastruktur daxilində resurslar üzrə istifadəçi haqlarının idarə edilməsi və limitli idarəetmə;
Vəzifəyə uyğun tələblər:
• Müvafiq sahə üzrə Ali təhsil; və ya ixtisas artırma. • İnformasiya Texnologiyaları sahəsində 3 ildən artıq iş təcrübəsi; • Azərbaycan dilində səlis danışma, Rus və ya İngilis dilində yazışma bacarığı; • Analitik düşünmə bacarığı • Microsoft (MCP,MCSA), Red Hat (RHCSA,RHCE) üzrə sertifikatlar üstünlük hesab olunur • Müvafiq WAN/LAN texnologiyaları, serverin virtuallaşdırılması, saxlama və təhlükəsizlik texnologiyaları, verilənlər bazası üzrə təcrübəyə malik olmaq • MS Active Directory,MS Exchange 2003/2010/2013, Windows 2003/2008/2012/2016 üzrə biliklər • Dəyişikliklərin və buraxılışların idarə edilməsi və ITIL çərçivələri üzrə böyük təcrübəyə malik olmaq • Linux (RHEL, Oracle Linux, Suse), Solaris, BSD üzrə biliklər • Verilənlərin saxlanması şəbəkələri ( Storage Area networks) və protokolları (FCP,FCIP,FCoE), çox yollu texnologiylar (MPİO), disklər,həcmlər,fayl sistemlərinin birləşdirilmə nöqtələri üzrə mükəmməl bilik • Qoruyucu divarlar,ruterlər,şəbəkə açarları,DNS,DHCP,VPN,FTP,internet protokolları barədə biliyə malik olmaq • IP şəbəkə, Cisco Avadanlıq üzrə (Yönləndirmə protokolları, VLAN, NAT, Access-lists ) VMWare (VM və Hostların tətbiq olunması), Linux ( Şəbəkə interfeyslər, LVM, Redhat üzrə əsas conf- faylar və servislər ), Windows Server ( AD, DHCP, DNS ) üzrə başlanğıc biliklər və iş təcrübəsi; • İT avadanlıq konseptləri (RAID, SAN,x86 Architecture, SCSI, ISCSI, FCP,FCIP) üzrə biliyə sahib olmaq.
- Zəngin iş təcrübəsi qazanmaq imkanı; - Müvafiq sahədə özünüzü reallaşdırmaq üçün şərait; - Təcrübəli və yüksək motivasiyalı komandanın üzvü olmaq; - Korporativ iş mühiti.
Əmək haqqı: Müsahibə əsasında təyin olunur. İş yeri: Bakı şəh. İş qrafiki: 6 günlük
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən xahiş olunur 01 may 2021 tarixinədək mövzu sətirində “İT menecer” qeyd edərək CV-lərini hr@rifahqrup.az electron poçt ünvanına göndərsinlər.
|