Tibb bacısı (Təcili tibbi yardım)
 
JOB TITLE: Tibb bacısı (Təcili tibbi yardım)
EMPLOYER: Respublika Diaqnostika Mərkəzi DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-04-05 LAST UPDATED: N/A DEADLINE: 2021-05-05

"Respublika Diaqnostika Mərkəzi" ASC “Tibb bacısı” (Təcili tibbi yardım) vakansiyası üzrə işçi qəbulu elan edir:

Vəzifə və öhdəliklər:

• Tibb bacısı həkiməqədər təcili tibbi yardımı göstərir.
• Tibbi alətlərin, sarğı materiallarının və xəstələrə qulluq predmetlərinin sterilizasiyasını həyata keçirir.
• Pasiyentlərin müxtəlif növ təcili yardım prosedurlarına hazırlanmasını aparır və həkim tərəfindən verilən digər tapşırıqları yerinə yetirir.

Şəxsi keyfiyyətlər:

• Məsuliyyətli, diqqətli, işçilərinə dair tələbkar
• Komanda iş və sürətli qərarlar bacarıqları önəmlidir.

Tələblər:

• Orta tibb təhsil müəssisələrini “tibb bacısı”, “müalicə işi” və ya “mamalıq işi” ixtisası üzrə bitirməlidir.
“Təcili tibbi yardım” və ya “Anesteziologiya-reanimasiya” şöbələrində ən azı 3 il əmək stajına malik olanlara üstünlük veriləcək.
• Qanunvericiliklə müəyyən edilmiş müddətdə işlədiyi istiqamət üzrə təkmilləşdirmə kurslarında iştirak etməlidir və həmin kursların sertifikatına (Səhiyyə Nazirliyinin sertifikatı BLS) malik olmalıdır.
• Yaş həddi: 25-30+
• Dil bilikləri: Azərbaycan və rus, ingilis dili bilənlərə üstünlük veriləcək.
• MS Office kompüter proqramlarından istifadə etmək bacarığı üstünlükdür.

İş qrafiki:

• Çoxnövbəli iş rejimi
• Əməkhaqqı: baza maaş + gecə növbələrinə görə, müsahibə zamanı təyin olunacaq.

Maraqlananlar CV-lərini hr@rdm.az ünvanına “mövzu” yerində “Təcili tibbi yardım tibb bacısı” qeyd edərək göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP