Korporativ kreditlərin təhlili şöbəsinin Aparıcı mütəxəssisi
 
JOB TITLE: Korporativ kreditlərin təhlili şöbəsinin Aparıcı mütəxəssisi
EMPLOYER: Kapital Bank DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-04-05 LAST UPDATED: 2021-04-09 DEADLINE: 2021-05-05

Ümumi məlumat

Kapital Bank namizədləri Kredit Anderraytinqi departamentinin Korporativ kreditlərin təhlili şöbəsinin Aparıcı mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

• Əmək müqaviləsi, departamentin Əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra edir;
• Birbaşa rəhbəri, İdarə Heyəti sədri tərəfindən verilən, Müşahidə Şurası və bankdaxili komitələrin qəbul etdiyi qərarlardan, əmək müqaviləsindən, departamentin Əsasnaməsi və fəaliyyətinə dair bankdaxili korporativ aktlardan irəli gələn tapşırıq və sərəncamları qeyd-şərtsiz yerinə yetirir;
• Kreditləşmə və sənədli əməliyyatların aparılması, restrukturizasiya və ya şərtlərinə əlavə və dəyişikliklərin edilməsi üzrə müştərinin təhlili həyata keçirir və onlar barədə rəy verir; Kreditləşmə üzrə bankdaxili qaydaların pozulması, risklərin düzgün qiymətləndirilməməsi və ya təminatın kifayət olmamasını yoxlayır.
• Kredit komitəsində müraciətlər üzrə müzakirələrdə iştirak edir.
• Vəzifə funksiyalarından irəli gələn və rəhbərlik tərəfindən verilən göstərişlər əsasında digər öhdəlikləri icra edir.

Tələblər

• İqtisadi, maliyyə və ya riyazi sahə üzrə ali təhsil;
• Analitik düşünmə və operativ qərarvermə qabiliyyəti;
• Yüksək ünsiyyətqurma qabiliyyəti;
• Maliyyə hesabatlarının hazırlanması və təhlili qaydaları;
• Məsuliyyətlilik və detallara qarşı diqqətlilik;
• CFA və ya ACCA sertifikatlarına sahib olma arzuolunandır;
• Rus və İngilis dili biliklərinin olması arzuolunandır;
• Bank qanunvericiliyi barədə biliklər;
• Bank sahəsində müvafiq sahə üzrə iş təcrübəsi.

Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa,  hr.kapitalbank.az  portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP